Azərbaycan nefti 66 dolları ötdü
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,21 dollar, yaxud 0,32% artıb.
"Ölkə.Az" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,12 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.