ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.
Baku.ws xəbər verir ki, Əməkdar artist həyat yoldaşına qoyduğu şərtdən danışıb:
“Yoldaşım mənə göstədiki bu formada qoluma yazılı döymə etdirmək isdiyirəm. Dedim qətiyyən icazə vermirəm. Dedim qoluna döymə etdirsən, səndən ayrılacam. Mənə yaxşı, etdirmərəm dedi. Sonra gördüm ki, yekə döymə etdirib və qolunu da bağlayıb. Qızdırma filan da vermişdi, çox yekə idi, 45 iynə ilə vurmuşdular.
Mən böyük bir şok yaşadım, dalaşdım ki, günahdır. Mənə dedi ki, bu döymə müvəqqətidir, 3 aydan sonra gedəcək. O zaman rahatladım. 3 ay gözlədim gördüm getmir. Dedim bunu yu getsin də. Dedi ki, yox, mən ora sənin adını yazdırmışam. Sonradan bildim ki, mənim adım deyilmiş”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.