Türkiyə hakimiyyəti Cənubi Qafqazda sabit sülhün təmin edilməsi üçün fəal işləyir və bu səylər son vaxtlar daha da güclənib, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə sabitliyi təmin etmək üçün daha aktiv addımlar atmağa başlayıb.
O, bu barədə başqa ölkələrin səfirlərinin də iştirak etdiyi iftarda bildirib:
“Ermənistanla münasibətlərin normallaşdırılması prosesi irəlilədikcə biz Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına imkan verəcək razılaşmanın əldə olunmasını səbirsizliklə gözləyirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.