Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunan ehtiyatda olan general-leytenant Rövşən Əkbərovla bağlı maraqlı məqamlar üzə çıxıb.
AzadMedia.az demokrat.az-a istinadən xəbər verir ki, Rövşən Əkbərov incəsənət və şou nümayəndələri ilə tez-tez görüşlər keçirirmiş.
Azərbaycanın Xalq artistləri Leyla Şıxlinskaya və Röya Ayxan isə Rövşən Əkbərovun sənətinə pərəstiş etdiyi şəxslər olub. Rövşən Əkbərov sözügedən xalq artistlərini tez-tez hərbi hissələrə dəvət edirmiş.
Qeyd edək ki, Rövşən Əkbərov Azərbaycanın Ordu Birləşməsinin komandanı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.