AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyəli məşhur müğənni “Xudayar təsnifi”ni oxudu - VİDEO

  • + A
  • - A
  • 10-03-2022, 21:40

    Türkiyəli məşhur müğənni “Xudayar təsnifi”ni oxudu - VİDEO


    Məşhur türkiyəli aktrisa və müğənni Öykü Gürman Bakıda restoranların birində səhnədə çıxış edib.

    Azadmedia.az xəbər verir ki, sənətçi səhnədəki çıxışına hazırlıq zamanı “Xudayar təsnifi”ni səsləndirilib.

    Öykü Gürmanın bu ifası daha sonra sosial mediada yayılıb.

    Xatırladaq ki, Xalq artisti Əlibaba Məmmədovun müəllifi olduğu mahnı daha əvvəl “Vətən yaxşıdır” adlanırdı. O, müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin şəhidimiz Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq “Xudayar təsnifi” adlandırılmasına razılıq verib.

    Qeyd edək ki, Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb.

    Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR