Məşhur aktisa: "Həm qadınlarla, həm də kişilərlə birlikdə olmuşam, amma..." - FOTO
Dünya şöhrətli amerikalı aktyor Conni Deppin keçmiş həyat yoldaşı aktrisa Amber Hörd maraqlı etiraflarla yadda qalıb.
"Allure" jurnalına müsahibə verən aktrisa "Həm qadınlarla, həm də kişilərlə birlikdə olmuşam, amma özümü biseksual adlandırmıram. Kimdən xoşum gəlirsə, onunla sevgili oluram. Bir qadınla münasibətim oldu. İki seçimim var idi: ya onu atacaqdım, ya da davam edəcəkdim" deyərək cinsi oriyentasiyası ilə bağlı suala "Təhsilimiz artdıqca, təbiətimizin reallıqları ilə üzləşdikcə özümüzə yeni hərflər əlavə eləməyə başladıq. Adlandırılmalara qarşı çıxmalıyıq. Mənə neçə hərf əlavə etməyiniz mənim üçün maraqlı deyil. Nəticədə hamımız "insan" kimi oxunuruq. Bərabərlik məsələsi müzakirə edilməməlidir, biz sadəcə insanlara bərabər yanaşıb-yanaşmadığımızı analiz etməliyik" cavabını müsahibəsinə əlavə edib.
"Justice League" və "Aquaman" filmləri ilə ekranlara gələcək Hörd çəkisini qorumaq üçün gündə 5 saat idmanla məşğul olduğunu da qeyd edib.
///Qaynarinfo