AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elvin əməliyyat üçün Türkiyəyə gedir

  • + A
  • - A
  • 26-05-2022, 11:15

    Elvin əməliyyat üçün Türkiyəyə gedir
    Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat üçün Türkiyəyə gedir.

    AzadMedia.az
    xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə məlumat verib. Sabah yola düşməyə hazırlaşan Elvin ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

    "Allah yolumuzu açıq etsin. Məni sağ, salamat görmək üçün dua və yardım edən hər kəslə görüşdürsün. Uzun müalicədən sonra Türkiyəyə yollanırıq. Bu günə qədər bizə dəstək olan hər kəsdən Allah razı olsun. Yenidən görüşmək ümidi ilə..".

    Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora qaraciyər köçürüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR