Seksomaniya xəstəliyi nədir?
Gecənin bir yarısı həyat yoldaşınız sizi böyük arzuyla oyadır və hər zamankından daha çox istəklə sevişmək istəyir… Ən əsası isə səhər tezdən oyandığında gecə yarısı yaşananları xatırlamır. Həyat yoldaşınız seksomaniya xəstəsi ola bilər!
Seksomaniya yuxuda seks deməkdir. Çox az rastlanan və bir çox hallarda “yuxudagəzmə” xəstəliyi iə əlaqələndirildiyi üçün varlığını çox adam bilmir.
Ancaq var. Çünki bir çox insan artıq bu xəstəliyin pəncəsində çabalayır.
Lunatikliklə əlaqələndirilən bu xəstəlik zamanı insan yuxudan qalxıb gəzmir, normal haldakı kimi cinsi yaxınlıq etməyə ehtiyac hissi duyur. Yuxulu olan həyat yoldaşının istəklərinə fikir vermədən normal haldan fərqli fantaziyalarla sevişməyə başlayır.
Daha çox kişilərdə rastlanan bu xəstəliyə tutulanların əksəriyyətinin yaşı 30-dan aşağıdır.
Heç nə xatırlamırlar
Seksomaniya xəstələri tez-tez seks məzmunlu yuxular görür, yuxuda ereksiya halı, boşalmalar yaşayır, masturbasiya edir, yuxuda fərqinə varmadan anormal bir istək və fantaziya ilə sevişir. Bu halda inildəyir, çığırır, orqazm təqlidi edir, söyür, hətta həyat yoldaşına fiziki şiddət də göstərə bilər.
Seksomaniya fiziki yorğunluq, stress, yuxusuzluq, ya həddən çox yatmaq, spirtli içki, narkotik istifadəsi nəticəsində ortaya çıxır.
Müalicəsi mümkündür. Xəstələr yuxu gigiyenası ilə məlumatlandırılaraq, psixoterapiya görüşmələri və dərman müalicəsi sayəsində bütün əlamətləri ortadan qaldıra bilərlər.
Xəstəyə stress, yuxusuzluq, spirtli içki, narkotik maddədən uzaq durması məsləhət görülür. Bu xəstələrin yuxuda xoruldamaq, ya nəfəs getmələri kimi problemi varsa, bu problemin həlli də xəstəliyin müalicəsini asanlaşdıra bilər. (Milli.Az)