BMT ekspertləri: “İstənilən miqdarda spirtli içki orqanizm üçün ziyandır”
BMT-nin ekspertləri “Lancet” jurnalında yeni elmi məqalə ilə çıxış ediblər.
“Ölkə.Az” xəbər verir ki, məqaləyə əsasən, hətta çox az miqdarda spirtli içki də insan orqanizminə ziyan vurur və ürək xəstəliyi, xərçəng və bədbəxt hadisələr nəticəsində vaxtından əvvəl ölüm riskini azaldır. Hər il spirtli içki dünyada 3 milyon insanın ölümünə səbəb olur.
Vaşinqton universitetinin alimi Emmanuel Qakidu deyib: “Bu problemə aid bütün məlumatları topladıq. Indi biz açıq şəkildə bəyan edirik ki, spirtli içkinin mənfi təsiri ancaq və ancaq içkini tərgidəndə yoxa çıxır. 1-2 qədəh içkinin sağlamlığa ziyan olmadığı barədə mif yalandır”.
Tədqiqatlar zamanı məlum olub ki, planetimizdə 2 milyard insan spirtli içki qəbul edir. İçki içən kişilər 63%, qadınlar isə 37% təşkil edir.
Ən çox Avropa ölkələri, məsələn Danimarka sakinləri içki içir. Bu ölkədə kişilərin 97, qadınların 95% içki qəbul edir. Norveç, Almaniya, Polşa və Fransa da onlardan geri qalmır. Ən az isə müsəlmanlar ölkələrinin sakinləri spirtli içki içir.