Qoç – narahat, qeyri-müəyyənliklərlə dolu gündür. Münasibətləri korlamamaq və ya hansısa istiqamətdə problemlər yaratmamaq üçün ehtiyatlı olun.
Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz. Əsla gözləmədiyiniz halda dəstək, xəbər, faydalı məlumat ala bilərsiniz. Bəzi hadisələri təxminləməyə, təmayülü aşkarlamağa çalışın. Planlarınızda müəyyən məqamlara yenidən baxılmalıdır.
Hiss və emosiyalar çox, konkret addım atmaq istəyi az olmasın. Sizin işinizi başqası görən deyil. Yaradıcılıq impulslarınızı yaşamınızın yaxşılaşdırılması, təminat və rifah səviyyənizin yüksəldilməsinə yönəldin.
Buğa – istənilən yeni xəbər və ya məlumat emosiyalar “süzgəc”indən keçir. Gözlənti və ehtimallarınızda yanıla biləcəyiniz çətin gündür. Ambisiyalar və istəklər çoxdur, amma hər şey istədiyiniz kimi deyil.
Danışıqlar, mühüm görüş və müzakirəni, sənədlərin imzalanmasını, maliyyə vəsaitinin yerdəyişməsini təxirə salın. Borc almayın, borc verməyin.
Şəxsi münasibətlər diqqət mərkəzində olacaq. Nəzarət və təsirinizdən kənarda qalacaq məqamlar az deyil.
Sizi maraqlandıran şərtləri aydınlaşdırmağa çalışsanız, alacağınız informasiya və ya əldə edəcəyiniz xəbər sizi sevindirməyəcək. Bir qədər gözləyin, tələsməyin. Problemlərin həlli üçün addımlarınızı etibar etdiyiniz insanla razılaşdıra bilərsiniz.
Yeni tanışlıq və sövdələşmə perspektivli deyil. Malik olduğunuz əlaqələrə diqqət yetirin.
Əkizlər – münasibətlərin zahiri yönü xoşagəlməz hisslərə səbəb ola bilər. Yanlış hesablar, məğlubiyyətlər, pərişanlıq yaşanmasın deyə səbrli, təmkinli və fəndgir olun. Yaşamınızda yeni intriqa, tanışlıq və ya gərginlik yarada biləcək informasiya peyda ola bilər. Yüngül şok istisna deyil.
Mövqelərinizi qoruyun, işlərinizə kimsənin müdaxilə etməsinə imkan verməyin. Rəqibə və ya bədxaha zərbə endirin. İntuisiya sizə istənilən ağır situasiyadan çıxış yolunu göstərəcək.
Ətrafınızdakılardan fərqli olaraq situasiyada dərhal hərəkətləri müəyyənləşdirin, baş verənləri təhlil edin. İndi çoxları sizdən yardım və dəstək istəyir. Əlaqələri möhkəmləndirin, yaşam arealını qaydaya salın.
Xərçəng – yaxın ətrafınızdakı insanların yaşamında mühüm hadisələr baş verir. Çalışdığınız kollektivdə sayıq olun. Yaxın qohumlarınızdan biri sizdən dəstək istəyəcək.
İtkilər, münasibətlərin gərilməsi riski var. Problemi dərhal, təcili həll etmək üçün düşünülməmiş, emosional qərarlar verməyin. Dəqiq məlumat və sübut olmadan kimsəni suçlamayın. Baş verənlər sizin niyyət və istəklərinizdən asılı deyil. Olaylar əvvəllər yığılmış şərtlərin və hadisələrin toplusudur.
Maliyyə məsələlərindəki qeyri-müəyyənlik əhvalınıza pis təsir edir. Nigaranlıq və təşviş güclüdürsə, tələblərdən imtina edin, mövqeyinizi gücləndirin.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın, qüvvənizi bərpa edin.
Sabah aktiv gündür, hazır olmalısınız.
Şir – ciddi işə, sifarişə, istəyə hazır olun. Vəd etdiyiniz, amma başa vurmadığınız işləri sizə xatırladacaqlar. Mübahisələrə qatılmayın.
Yaxın ətrafınızdakı insanlar çalışırsa, tənbəllik etməyin, yaxanızı kənara çəkməyin. İnadkarlıq, aqressivlik, sərt təzyiq münaqişəyə səbəb ola bilər. Planlarınızı pozmağa çalışan insan sizə təzyiq göstərməyə çalışır.
Sevdiyiniz insandan qayğı və diqqətinizi əsirgəməyin. Yaxşı bacardığınız, sizi maraqlandıran işlə məşğul olun. Tanışlarınız və iş yoldaşlarınız fəaliyyətinizə mane olmamalıdır.
Axşam saatlarına yaxın gərginlik azalacaq.
İşin problemlərini evə aparmayın. Səmimi, həlim, gülərüz olun.
Qız – yaxın ətrafınızdakı insanlardan məramlarınızı gizlətməyin. Özünüz barədə xoş sözlərlə yanaşı, sərt tənqid də eşidəcəksiniz.
Davranışınızda tranformasiya edin, əməllərinizdə aktiv dəyişikliklərə əl atın. İşlərdə də tənqidə sakit, normal yanaşın. Çalışdığınız yerdə rəhbərliklə mübahisə etməyin, əks təqdirdə nəticələr gözlənilməz ola bilər.
Yeni işə başlamayın, çünki işlər, onsuz da, çoxdur. Ziddiyyətli maraqlar və təmayüllər toqquşacaq. Çətin günü laübəli hərəkətlərlə tamamlamayın. Tərəfdaş və ya şəriklə münasibətlərdə nəyisə dəyişməyə çalışmayın.
İşgüzar təmaslarda maddi maraqlarınız məhdudlaşa bilər. Şəxsi həyatda isə əlaqələrdə qısqanclıq, tələbkarlıq və aqressiya artır.
Səfər, təhsil, tədris, informasiya ilə iş üçün uğurlu vaxtdır.
Axşam saatlarında passiv olmayın, yarımçıq işləri mütləq şəkildə tamamlayın.
Tərəzi – əsas diqqəti məlumat, xəbər və informasiyanın əldə olunmasına, onların irəliləyiş və işlərin tamamlanması üçün istifadəsinə yönəldin.
Əlaqələr, təmaslar və faydalı əməkdaşlıq da çox önəmlidir. Yaxınlarınız və ya çalışdığınız insanlardan birinin həyatındakı önəmli hadisə sizi həyəcanlandıra bilər. Həmin adama yardım edin, dəstək verin.
Prinsipial mövqe nümayiş etdirmək, yaxın ətrafınızdakı insanları narazı sala biləcək ierarxiyanın bərqərarına çalışmaq, təşəxxüs və eqoizm üçün yaxşı vaxt deyil. Hansısa iş plana uyğun getmirsə, münaqişəli situasiya yaratmayın. Fikrinizi işə verin. İstənilən çağırışın qarşısını almaq üçün hələlik qapalı ehtiyatlar arayın.
Ailədə müstəbidlik etməyin. Şəxsi münasibətlər müstəvisində də sınaq zamanıdır.
Axşam saatlarında aktiv istirahəti seçin, xoşladığınız işlə məşğul olun.
Əqrəb – çevik və taktiki davranın. Mübahisəli məsələləri uzun-uzadı müzakirə etməyin, yaxın ətrafınızdakı insanlardan mümkünsüzü tələb etməyin. Birgə işi yerinə yetirdiyiniz insanlarla yeni sifarişin icrasına başlayaraq gəlir əldə edə bilərsiniz.
İmkanlar, maddi resurslar və təəssüratlar artır. İşinizin keyfiyyətini yaxşılaşdırın. Yerdə qalan hər şey özü nizama düşəcək.
Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər yaşana bilər. Ailə işləri, ailənin qayğılarının həll olunmasını hisslərinizi səbatlaşdırmaqla yanaşı, yaxınlarınızla əlaqələri daha da möhkəmləndirəcək.
Asudə vaxtınızdan bilik, bacarıq və təcrübənin artırılması üçün istifadə edin.
Axşam saatlarına yaxın boş vaxtınız, ümumiyyətlə, qalmayacaq. İşin axarını, yaşanan situasiyanı nəzərdən keçirin.
Oxatan – görüləsi işlərin sayı və intensivliyi artır. Çoxlu xəbərlər, zənglər, istəklər, tələblər ola bilər. Aktivlik, təşəbbüs və çeviklik tələb edilən zamandır.
Çoxdan bəri həllini tələb edən işlə bağlı yekun qərar qəbul edin. Yeni, genişmiqyaslı işə başlamayın. Məlumat və informasiya toplayın, sonrakı planlarınızı təhlil edin.
Hadisələrin axarını tələsdirməyin, süni təkana əl atmayın. İşinizlə bağlı sənədlərin qaydasında olduğunu yoxlayın.
Xoşladığınız işlə məşğul olmaq üçün axşam saatlarını ayırın.
Borcu qaytarın, vədə əməl edin, sabahkı işləri tərəfdaş və ya şəriklə müzakirə edin.
Şəxsi münasibətlərdə dəyərləndirmə zamanıdır. Yeni iş tələbatı yaranarsa, o işi yerinə yetirmək ehtiyacından qurtulmağa çalışın.
Oğlaq – yaxınlarınız alışdıqları diqqəti və qayğını tələb edirlər. Bu isə planlarınızı dəyişdirə bilər. Fəqət, nə istədiyinizi konkret bilirsinizmi? Münasibətlərin aydınlaşdırılmasını təxirə salın, gərəkli saydığınız işlə məşğul olun.
Mövqeyinizi aktiv nümayiş etdirməyin. Önəmli bəyanat, açıqlama, ciddi iş və ya qonaq qəbulunu təxirə salın.
“Atalar və oğullar”, köhnə və yeni arasında münaqişə ola bilər. Hövsələsizlik, səbrsizlik, dözümsüzlük etməyin. Sinirli və qıcıqlı davranmayın.
Mühüm sənədləri imzalamayın, çünki nə isə alınmayacaq. Situasiyanı dəyərləndirin, hissləriniz və planlarınızın profilaktikası ilə məşğul olun.
Qəfil ideya və istəklər istisna deyil.
Axşam saatları maraqlı ola bilər.
Dolça – bu gün planlar, fəaliyyət və emosiyalarla zəngindir. Maraqlarınızın reallaşması üçün daha çox azadlıq, sərbəstlik əldə etməyə çalışacaqsınız.
Fors-major son qüvvələrinizi tükədə bilər. Yalnız sizin bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun. Yeni ideya və planlarla bağlı təşəbbüslərə ehtiyac yoxdur. İrəliyə sıçrayış üçün qüvvə və məlumat toplayın.
Yeniliklərə tələbatı bir qədər səngidin, səhhətinizin qeydinə qalın.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda səmimi və həssas olun.
Alış-verişdə bədxərclik etməyin. Aldığınız əşya sizi sonradan təəssüfləndirə bilər.
Axşam saatlarında sakit istirahəti seçin.
Balıqlar – ciddi planlar qurmayın, çünki onlar pozula bilər. Genişmiqyaslı işə və ya layihəyə başlamaq əvəzinə cari işləri tamamlayın.
Dərhal nə isə etmək, harasa yollanmaq, nəyisə dəyişmək tələbatı hiss edirsiniz. Amma hisslərə qapılaraq düşünülməmiş addım atsanız, problemlə qarşılaşa bilərsiniz.
Yaşamın özü sizin qarşınızda məqsədlər qoyur.
Situasiyaya uyğunlaşın, səhvləri aradan qaldırın, yaxın ətrafınızdakı insanlara yardım edin.
Günün ikinci yarısında işlər çox olacaq. Şəxsi işlərə vaxt və qüvvə qalmaya bilər.
Gördüyünüz işlərin müqabilində tərif və ya mükafata ümid etməyin.
Axşam saatlarında aktiv istirahəti seçin. Dostlara yardım edin.
Milli.Az