AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kipriklərə çəkilən tuş zərərlidir — DİQQƏT

  • + A
  • - A
  • 26-09-2019, 09:43

    Kipriklərə çəkilən tuş zərərlidir — DİQQƏT

    Qadınların hər gün istifadə etmədən çölə çıxmadıqları tuş (kiprik həcmləndirən vasitə) makiyaj vasitələri içərisində ən zərərlilərindəndir.
    Avropa dermatoloqları bildirib ki, tuş gözləri qıcıqlandırır, iltihab yaradır və infeksiya sala bilir. "Göz qapağı ətrafı iltihab və zərərli bakteriyalar isə təbii kipriklərin tökülməsinə səbəb olur".

    Britaniya Okilistlər cəmiyyətinin nümayəndəsi isə qeyd edib ki, hər gün tuşdan istifadə göz yaşı pərdəsini zədələyir. Əgər bu pərdə zədələndisə, göz yaşı tez buxarlanıb quruyur, quru göz sindromu yaranır, göz içi müdafiəsiz qalır.
    Tuş quruduqda flakona ağız suyu, spirt, su əlavə etmək və köhnə fırça ilə yenidən həmin tuşdan istifadə buynuz qişa və kiprik dibinə ağır infeksiya salır.
    Gözün buynuz qişasının bakteriyalarla yoluxmasına gətirib çxıarır, bu infeksiyalar nadir də olsa, gözün korluğuna səbəb olur. Yol getdikdə, avtomobildə kipriklərə tuş çəkmək, fırçanın nazik ucları ilə göz içi örtüyün, büllurun cızılmasına səbəb olur.

    Eləcə də digər insanın tuşundan istifadə yolverilməzdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR