AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dişləri təmizləməzdən qabaq fırçanı islatmaq vacibdirmi?

  • + A
  • - A
  • 25-02-2018, 13:54

    Dişləri təmizləməzdən qabaq fırçanı islatmaq vacibdirmi?














    Pastanı islaq və ya quru fırçanın üzərinə çəkməyin dişilərin yuyulmasına heç bir ciddi təsiri yoxdur. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Britaniya Stomatoloji Assosiasiyasının məsləhətçisi professor Demyen Uolmsli bu barədə "IBTimes UK"a nəşrinə verdiyi müsahibədə söyləyib.

    Sadəcə, fırça qurudursa, onun tükləri dişləri və diş ətini daha sərt sürtəcək və bu da ağız boşluğunun qıcıqlanması və yüngül zədələnməsi təhlükəsi yarada bilər. Fırça islaq olanda həmin proses daha rahat və xoş olur. "Hansı üsula üstünlük verilməsindən asılı olmayaraq, dişləri gündə iki dəfə - xüsusən ikincisi yatmazdan əvvəl - ftorlu diş pastası ilə yuyulması vacibdir. Proses ən azı iki dəqiqə çəkməlidir", - deyə D.Uolmsli qeyd edib.

    Stomatoloq Liza Kreyven də razılaşır ki, pastanı islaq və ya quru fırçanın üzərinə çəkmək barədə heç bir dəqiq qayda yoxdur. Bununla belə, o, rahatlıq üçün dişləri yumazdan əvvəl fırçanı isti su ilə nəmləndirməyi məsləhət görür. "Diş pastasının tərkibindəki su onun köpüklənməsinə kömək etsə də, dişlərin islaq fırça ilə yuyulması daha xoşdur. Belə edilməsi rahatlıq bəxş edir və dişlərini daha yaxşı yumaq olur," - deyə stomatoloq izah edib. Dişləri yuduqdan dərhal sonra ağzı su ilə yaxalamağa da ehtiyac yoxdur, çünki bu zaman pastanın tərkibindəki diş və diş əti üçün faydalı olan maddələr də yuyulub gedir. Mütəxəssislərin fikrincə, ən yaxşısı pasta qalıqları təmizləndikdən bir az sonra ağzı yüngülcə yaxalamaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR