ABŞ-ın Cənub Karolina ştatında yaşayan sürücü avtomobilini təmizləyən zaman müxtəlif vaxtlarda cibindən düşürdüyü qəpikləri yığaraq lotereya alıb və yüksək məbləğdə pul udub.
Oxu.az xəbər verir ki, sürücü qəpikləri avtomobilinin salonunu tozsoranlayan zaman tapıb.
Bir neçə gündən sonra isə adının qaliblər sırasında olub-olmadığını yoxlayan sürücü 250 min dollar (425 min manat) udduğunu öyrənib.
“Cek pot”un qalibi udduğu məbləğin bir hissəsi ilə borclarını qaytaracağını, yerdə qalan məbləği isə ailəsinə xərcləyəcəyini söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.