Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “AzadMedia.az a verilən məlumata görə, martın 11-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Xınalıqda qar, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, İsmayıllı, Xaçmaz, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Ağsu, Şabran, Nabran, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.
***
Gözlənildiyi kimi, ölkə ərazisində yağıntılar davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, martın 11-i saat 21:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.
Şimal-şərq küləyi əsib, Neftçalada 20 m/s, Biləsuvar, Hacıqabulda 18 m/s -dək güclənib.
Martın 12-də isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.