AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhərrəm ayının tarixi və İslamda rolu — İki ay yas saxlamalıyıqmı?

  • + A
  • - A
  • 22-09-2017, 11:27

    Məhərrəm ayının tarixi və İslamda rolu — İki ay yas saxlamalıyıqmı?













    Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Müsəlman dünyasında Məhərrəm aylarının xüsusi yeri var. Çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.

    Ölkə.az məhərrəm ayı barədə qısa məlumat verəcək.

    Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala ət-Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Bəkrdən (r.a) rəvayət olunduğuna görə, Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki: "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm və Rəcəb ayı ki, Cumadə və Şaban ayının ortasında gəlir. (Buxari rəvayət etmişdir 2958). Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib: "Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır" (Mülim rəvayət etmişdir 1982). İbn Abbas (r.a) rəvayət edir ki: "Peyğəmbər (s.a.s) Mədinəyə gəldi və gördü ki, yəhudilər Aşura günü oruc tuturlar və dedi ki, bu nədi? Dedilər bu saleh bir gündür, bu gündə Allahu Təala İsrail oğullarını düşmənlərindən qurtardı və Musa bu gündə oruc tutdu. (Peyğəmbər) Dedi: Musaya haqqım sizdən də çoxdur. (Peyğəmbər həmin günü) Oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi."

    Məhərrəm ayının tarixi, İslamda rolu və s. barədə suallarımızı "Karvan" jurnalının keçmiş şef-redaktoru, İslam dini üzrə mütəxəssis İsmayıl Əhməd cavablandırdı.

    - İsmayıl bəy, əvvəlcə Məhərrəm aylarının tarixindən danışaq.

    - Xəlifə Ömər ibn Xəttabın zamanınadək müsəlmanlar arasında il anlayışı olmasa da, ilin aylarından istifadə olunar, lakin illər mühüm hadisələrlə yadda saxlanılardı. Lakin sonralar bu məktub yazışmaların tarixlənməsində ciddi çətinlik yaratdı. Rum və Yunan təqvimləri təklif olunsa da, qəbul edilmədi. Nəhayət, imam Əli Peyğəmbərin Məkkədən Mədinəyə hicrətini ilin başlanğıcı olaraq təklif etdi və bu təklif qəbul olundu.

    Lakin Peyğəmbər rəbiul- əvvəl ayında hicrət etmişdi. Bu səbəbdən də təqvim 2 il 8 gün geri çəkildi.

    Hicri-qəmərinin roluna gəlincə, yarandığı gündən etibarən öz əhəmiyyətini qoruyub saxlaya bilib. Məktub yazışmaları, sənədləşmələr bu tarixlə həyata keçib. Lakin sonrakı dövrlərdə baş verən Qərbləşmə meyli bunu, sadəcə, qeyd halında saxlayıb.

    İslamdan əvvəl məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi.

    - Məhərrəm ayının İslamda rolu?

    - Məhərrəm ayının İslamdakı rol və əhəmiyyəti hicri 61-ci ildə Kərbəla çölündə baş vermiş misli görünməyən faciə ilə yadda qaldı. Əməvi sülaləsinin ən pozğun və cinayətkar nümayəndəsi olan Yezid onun saxta hakimiyyəti ilə razılaşmayan hər kəsi amansızcasına qətlə yetirir. Onlardan biri də Peyğəmbər sülaləsi olur ki, onun da baş qəhrəmanı İmam Hüseyn və onun doğmaları olur.

    - Məhərrəm aylarında nə etməliyik?

    - "Bu ayda nə etməliyik?" sualına ən qısa cavab, ümmət olaraq özümüzə gəlməliyik. Qarabağda, İraq, Suriya, Əfqanıstan, Myanma, Fələstin və başqa yerlərdə tökülən qanlara hər gün təkrarlanan boş bəyanatlarla cavab verməməliyik.

    İmam Hüseynin qiyamından sonra Məhərrəm ayı mənəvi oyanış ayına çevrildi. Amma bu əhval-ruhiyyə tək bu aya deyil, ilin bütün ay və günlərinə də şamil olmalıdır. Amma təəssüflər olsun ki, bu gün bunun tam əksini görürük. Yəni məhərrəm yalnız məscidlərdə qeyd olunur və o da hər il təkrarlanan mərsiyələrlə. O mərsiyələr ki, onların da əksəriyyətinin mətni həqiqətə uyğun olmayan hadisələrdir.

    - Yas saxlamaq düzgündürmü?

    - Yas mərasimi İslamda özünəməxsus qayda və ənənələrlə qeyd olunur. Hicrətin 2-ci ilində baş vermiş Bədr döyüşündə şəhid olanların yas mərasimi buna misal ola bilər. Hətta Peyğəmbər Mədinə qadınlarına əmisi Həmzənin evinə gedib, orada yas mərasimi keçirməyi və ailəsinə təskinlik vermələrini tövsiyə edir. Lakin sonrakı dövrlərdə müxtəlif millətlərin adət-ənənələri yas mərasimlərinə də bir sıra saxta ənənələr əlavə edirlər ki, bu da çoxsaylı xürafatlara yol açır. Zəncir vurmağı, qəmə vurmağı, qola qara bağlamağı, başa palçıq və kül yaxmağı buna misal çəkmək olar. Bunlar isə İslama ziddir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR