AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Səhiyyə Nazirliyi COVID-19 xəstəsi Jirinovskinin vəziyyətindən danışıb

  • + A
  • - A
  • 9-02-2022, 21:59

    Rusiyanın Səhiyyə Nazirliyi COVID-19 xəstəsi Jirinovskinin vəziyyətindən danışıb

    LDPR lideri Vladimir Jirinovski fevralın 2-dən Mərkəzi Klinik Xəstəxanadadır və onun vəziyyəti hazırda stabil qiymətləndirilir. Azadmedia.az rus mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verib.
    “Vladimir Jirinovski fevralın 2-də COVID “omikron” diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir. Ona bütün lazımi tibbi yardım göstərilir”, - nazirliyin məlumatında deyilir.

    Qeyd edək ki, Ura.ru saytı mənbəyə istinadən daha əvvəl 75 yaşlı siyasətçinin süni nəfəs aparatına qoşulduğunu bildirmişdi.

    Liberal Demokrat Partiyasının lideri koronavirusa qarşı peyvənd olunduğunu dəfələrlə bəyan edib.
    Tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR