Hossein Molaei və Şirin Sohani tərəfindən ərsəyə gətirilən İranın "Sərvin uzun kölgəsi" cizgi filmi Amerika Kino Akademiyasının ən yüksək mükafatı olan "Oskar"ı alıb.
Bu gün ABŞ-da, Amerika kino dünyasının paytaxtı Los-Ancelesdə Amerika Kino Akademiyasının ən yüksək mükafatı olan 97-ci Oskar mükafatlandırma mərasimi keçirilib.
İranın İRNA xəbər agentliyi yazır ki, mərasimdə diqqət çəkən məqam Hüseyn Molayemi və Şirin Sohani tərəfindən ərsəyə gətirilən İranın “Sərvin uzun kölgəsi” qısametrajlı cizgi filmi olub: mükafatın münsiflər heyəti onu ən yaxşı qısametrajlı animasiya filmi kimi mükafata layiq görüblər.
Münsiflər heyətinin və tənqidçilərin fikrincə, İranın qısametrajlı cizgi filmi 2025-ci ilin ən yaxşısı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.