AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək

  • + A
  • - A
  • 1-09-2021, 22:24


    IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2021-ci ilin 3-7 sentyabrında canlı (oflayn) formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirən, həmçinin, Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edən illik tədbirin yaradılmasıdır. Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.

    Builki festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı yerli və xarici peşəkarların iştirakı ilə vorkşoplar da təşkil olunacaq.

    Festivalın açılış mərasimi sentyabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqında, bağlanış mərasimi isə sentyabrın 7-si Salaam Cinemada baş tutacaq.

    ANİMAFİLM Festivalı boyunca siz həyəcanlı bir müsabiqəyə şahidlik edəcəksiniz. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyaları üzrə mükafatlar uğrunda yarışacaq.

    Yerli müsabiqədə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi”, beynəlxalq müsabiqədə isə “Ən yaxşı tammetrajlı animasiya filmi - GRAND PRIX”, “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX”, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı ssenari - GRAND PRIX” “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı tələbə animasiya filmi”, “Ən yaxşı televiziya animasiya seriyalı”, “Ən yaxşı musiqili animasiya videosu” və “Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” kateqoriyaları üzrə filmlər yarışacaq.

    Bu il ANİMAFİLM festivalı Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək.

    Builki festival animasiyasevərləri peşəkar tədbirlərlə də sevindirəcək. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında Azərbaycan animasiya rejissoru Məsud Pənahi ilə ustad dərsi, Salaam Cinemada isə Nancy Denney-Phelps, Nik Phelps və Olivier Catherinlə animasiya vorkşopları keçiriləcək. Hər bir animasiya həvəskarını bu peşəkar tədbirlərdə görməkdən məmnun olardıq!

    Qeyd edək ki, festivala giriş ödənişlidir və bilet satışlarından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf olunacaq. Əlilliyi olan şəxslərin festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcək.

    COVİD-19 pandemiyası səbəbiylə tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək.
    Tədbirlərin dili:
    Müsabiqə proqramının bütün filmləri orijinalda ingiliscə, bəzi xarici filmlərsə azərbaycanca altyazı ilə nümayiş etdiriləcək.
    Açılış və bağlanış mərasimləri azərbaycan və ingilis dillərində, işarə dili müşayiəti ilə keçiriləcək.
    Festival 3 məkanda baş tutacaq:
    AKİ - Azərbaycan Kinematoqrafçılar İttifaqı. Ünvan: Həsən Seyidbəyli, 18
    Salaam Cinema. Ünvan: Süleyman Rüstəm, 10
    ARTIM Layihə Məkanı. Ünvan: İçərişəhər, Kiçik Qala küçəsi 5
    Təşəkkür edirik!
    Festivalın təşkilatçısı “PERİ FİLM” MMC şirkəti, IV ANİMAFİLM Festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Kreativ Azərbaycan portalına, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Salaam Sinemaya, “Hadigro” şirkətinə, “Mr Chemical” şirkətinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, YARAT Müasir İncəsənət Mərkəzinə, Polşa Respublikasının Bakıdakı səfirliyinə, “Ritual Mobil Theater Laboratory” teatr platformasına, “Seni” şirkətinə, “Promo Plus” şirkətinə, “Kekalove Adaptive Fashion” şirkətinə səmimi təşəkkürünü bildirir.

    Əlaqə:
    animafilm.biaf@gmail.com
    www.animafilm.azanimafilm.biaf@gmail.com www.animafilm.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR