AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan: TRIPP marşrutları dəyişəcək

  • + A
  • - A
  • Bu gün, 10:03

    [center]Paşinyan: TRIPP marşrutları dəyişəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP layihəsinin həm ölkəsi, həm də beynəlxalq logistika baxımından əhəmiyyətli dəyişikliklər yaradacağını bildirib.

    Bu barədə erməni mediası məlumat yayıb.

    Paşinyan ABŞ-da keçirilən “Konkordiya” sammitindəki panel müzakirəsində deyib ki, Ermənistan hazırda TRIPP layihəsinin reallaşdırılmasına fokuslanıb.

    Baş nazirin sözlərinə görə, layihənin icrası nəticəsində Azərbaycanla dəmiryol əlaqəsinin yaradılması nəzərdə tutulur.

    O, həmçinin Ermənistan-Türkiyə sərhədinin açılmasını və dəmiryol bağlantısının qurulmasını gözlədiklərini qeyd edib.

    Paşinyan TRIPP layihəsinin Şərqlə Qərb arasında yeni marşrut yaradaraq beynəlxalq logistika sisteminə də təsir göstərəcəyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR