AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lider TV qərar verdi: Qalmaqallı verilişin yayımı dayandırıldı - VİDEO

  • + A
  • - A
  • 16-12-2016, 19:43

    Lider TV qərar verdi: Qalmaqallı verilişin yayımı dayandırıldı - VİDEO




















    Lider TV-də yayımlanan "Çıxış yolu" verilişinin yayımı dayandırılıb.

    Bu haqda kanalın direktor müavini Lamiyə Ələkbərqızı məlumat verib.

    Onun dediyinə görə, kanal rəhbərliyi verilişinin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib: "Ötən gün efirimizdə yayımlanan "Çıxış yolu" verilişində baş verən hadisədən sonra istər mətbuatda, istərsə də sosial şəbəkələrdə haqlı narazılıqlar meydana çıxıb. Verilişə dəvət olunan qonaqların nalayiq ifadələr işlətməsi televiziyamızın adına da xələl gətirib. Canlı yayımlarda bu cür hadisələrin olması normal olsa da yenə də biz bunu yolverilməz hesab edirik. Ancaq onu da qeyd etmək lazımdır ki, bu ifadələr verilişin yaradıcı heyəti tərəfindən deyil, verilişə müraciət edən şikayətçilər tərəfindən səsləndirilib".

    Lamiyyə Ələkbərqızı qeyd edib ki, bütün bunları nəzərə alan rəhbərlik verilişin dayandırılması ilə bağlı qərar qəbul edib: "Lider” televiziyasının rəhbərliyi bütün bunları nəzərə alaraq "Çıxış yolu" verilişinin yayımını dayandırmaq qərarına gəldi".

    Verilişin konkret olaraq nə vaxt yayıma qayıtması ilə bağlı isə hələlik heç bir qərar verilməyib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR