AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Homoseksuallar mütləq güllələnməlidir” — Xalq artisti Şeyx Əbdül

  • + A
  • - A
  • 21-10-2019, 15:00

    “Homoseksuallar mütləq güllələnməlidir” — Xalq artisti Şeyx Əbdül

    Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) homoseksualların televiziya ekranlarına çıxmağı ilə bağlı mövzuya münasibət bildirərkən sərt fikir səsləndirib.
    O, Modern.az-a açıqlamasında sözügedən şəxslər haqqında ağır cəzalar verilməli olduğunu bildirib:
    “Güllələnmə bərpa olunmalı və belə insanlar mütləq güllələnməlidir. Bu, nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ümumiyyətlə insanlığa zidd haldır. Bizim xalqımız hər zaman digər millətlərə öz qəhrəmanlığı, namusu, qeyrəti ilə dərs verib. İndi 4-5 nəfər geyi buraxıblar cəmiyyətə, onlar da istədiyi kimi davranıb, insanlara mənfi təsir edir. Bütün bu hallar qərəzdir və təxribatdır.

    Mən prezidentə müraciətimdə də qeyd etdim ki, ölkədə bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Fransız, alman kişiləri bir-biri ilə evlənirsə, özləri bilərlər. Lakin unutmaq olmaz ki, Tanrı hər bir xalqı fərd olaraq yaradıb, özəllik verib. Biz də dünyanın ilk mədəniyyət ocaqlarından, sivilizasiya nöqtəsindən biri olaraq əxlaq dəyərlərimizi, özəlliyimizi qorumalı, bu kimi təxribatlardan yan qaçmalıyıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR