AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artistinin oğlu küçədə əlbəyaxa oldu - “Dedi ki, get bacını axtar”

  • + A
  • - A
  • 29-04-2017, 13:39

    Xalq artistinin oğlu küçədə əlbəyaxa oldu - “Dedi ki, get bacını axtar”

















    Xalq artisti Ramiz Novruzovun oğlu Cavidan küçədə getdiyi yerdə xoşagəlməz hadisə ilə üzləşib

    Atasının yolunu davam etdirərək, bir sıra teleseriallarda müxtəlif obrazları canlandıran Cavidan Novruzov yeniçağ.az-a açıqlamasında iştirakçısı olduğu insidentə belə aydınlıq gətirib:

    "Vicdan haqqı” serialında canlandırdığım Əbdül rolunun badına gedəcəkdim. Hələ də anlaya bilmirəm, bu insanlar niyə elə bilirlər ki, serialda baş verənlər həyatda da yaşanır. Bir ayın söhbətidir, şəhərdə gedirdim, iki-üç oğlan mənə söz atdı ki, belə vurub-yıxan oğlansan, get bacını axtar. Çaşıb qaldım ki, bu nə deyir?

    Yenidən qayıtdı ki, get bacın Dilarəni axtar tap. Söz xoşuma gəlmədi, dedim ə, sən kimə deyirsən? Cavab vermədi, başladı gülməyə. Üstünə yeriyib, əl atdım boynuna. Əlbəyaxa olduq, dava düşdü, uşaqlar aralaşdırdılar.

    Amma onları otuzdurdum yerlərində. Adamın real həyatla serialı qarışdırması xoşuma gəlmədi. Ən azı sözü başqa cür də demək olardı”.

    Qeyd edək ki, Cavidan Novruzov "Vicdan haqqı” serialında Əbdül orazını canlandırır. Serialda "vurub-yıxan oğlan” kimi tanınan Əbdül baş qəhrəman olan Dilarənin qardaşıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR