AzTV-də daha bir TƏYİNAT
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi “Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.
Bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 7-ci Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə ustad sənətkarlar – Xalq artisti Əlibaba Məmmədov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova, Xalq artisti Mələkxanım Əyyubova, Xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.