AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polad Həşimovun qızı Tibb Universitetinə qəbul oldu

  • + A
  • - A
  • 4-09-2021, 11:28


    Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Tibb Universitetinə daxil olub.

    AzadMedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A. Həşimova universitetin “Müalicə işi” ixtisasına qəbul olub.

    Qeyd edək ki, şəhid generalın qızı bir müddət əvvəl verdiyi müsahibədə 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşdığını bildirmişdi.

    Xatırladaq ki, Polad Həşimov ötən ilin iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olarkən şəhid olub. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən P. Həşimova ölümündən sonra “Milli Qəhrəman” adı verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR