AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xorvatiyanın məşhur “Klapa Bosket” qrupu Bakıda konsert verdi

  • + A
  • - A
  • 19-12-2021, 14:07


    Həmkarımız Xəyalə Rəisin dəvəti ilə Landmarkda Xorvatiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə dekabrın 18-də təşkil olunan tədbirə və ölkəmizə dəvət olunmuş məşhur “Klapa Bosket” musiqi qrupunun konsert proqramına qatıldım.
    Tədbirdə ölkəmizdə olan bir çox səfirlər, ziyalılar və media nümayəndələri iştirak edirdi. Tədbir zamanı öyrəndim ki, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebicin həyat yoldaşı Günay xanım azərbaycanlıdır. Rəssamlıqla məşğul olan Günay xanım Atatürkün portretini çəkib. Həmin portret Ankarada Atatürk Muzeyində nümayiş olunur.
    Tədbirdən öncə “Klapa Bosket” qrupunun üzvləri ilə söhbətləşirik. Məlum olur ki, Bakı onların çox xoşuna gəlib. Gəlməzdən əvvəl internet vasitəsilə Bakı ilə tanış olsalar da, Bakını gəzərkən şəhərin gözəlliyinə valeh olublar. Azərbaycan mətbəxindən də ürəkdolusu danışan qonaqlar düşbərə və lavaşla lüləkababı çox bəyəndiklədini söylədilər.

    Tədbirdə ilk olaraq çıxış edən Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic qonaqları salamlayaraq qrupun Azərbaycana gəliş səbəbindən danışdı:
    “Bu konsert proqramı çoxdan planlaşdırılsa da, pandemiya səbəbindən səfər bir müddət təxirə salınıb. “Klapa Bosket” sözü Azərbaycan dilinə tərcümədə “dost qrupu” deməkdir. Bu, Xorvatiyanın cənubunda yaradılmış məşhur vokal qrupudur. Ümumiyyətlə, “Klapa Bosket” Xorvatiyada əsrlər boyu mövcud olub. Bu qrupda ifa edilən musiqilər 2012-ci ildə UNESCO-nun mədəni irsinə daxil edilib. Ümid edirəm ki, siz onların ifasından zövq alacaqsınız”.
    Daha sonra “Klapa Boşket” qrupu haqqında media nümayəndələri məlumatlandırıldı. Bildirildi ki, Xorvatiyadan olan ənənəvi çoxpartiyalı oxuyan vokal qrupu bir neçə motivli akapella oxuması ilə xarakterizə olunur - sevgi, vətən, təbiət, din və ya istehzalı mahnılarla məşhurluq əldə ediblər. Klapa ifaçılığı əvvəlcə Dalmatiya bölgəsinin irsidir, lakin bu qrup Xorvatiyanın paytaxtı Zaqrebdə kollec oxuyan və daha sonra orada yaşamağa davam edən Dalmatiyalı müğənnilər tərəfindən yaradılıb, buna görə də bu, onların bölgəsi və mənşəyinin bir növ nostalji ifadəsidir. Bosket 2013-cü ildə yaradılıb və o vaxtdan bəri repertuarını 200-dən çox Dalmatian mahnısı ilə zənginləşdirib. Rəngarəng səsi və gənc ifaları ilə Bosket çox keçmədən Dalmatian klapa oxuma qruplarının yeni dalğasının liderlərindən biri kimi tanınıb.
    Qeyd edim ki, “Klapa Bosket” qrupunun üzvləri Bojan Karavanic, Toni Zekulic, Davor Cakovic, Marko Vukic, Vicko Cagalj, Boris Cakovic, Tomislav Kovacic dekabrın 17-də Azərbaycan Milli Konservatoriyasında maraqlı konsert proqramı ilə çıxış etmişdilər.
    Elnurə Abuşova




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR