AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Fədayə ilə duet oxuduğum üçün xanımım intihara cəhd etdi" - Tacir Şahmalıoğlu

  • + A
  • - A
  • 23-01-2022, 14:00

    "Fədayə ilə duet oxuduğum üçün xanımım intihara cəhd etdi" - Tacir Şahmalıoğlu

    ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Tacir Şahmalıoğlu xanımının intihara cəhdindən danışıb.

    Azadmedia.az xəbər verir ki, sənətçi həyat yoldaşının onu qısqandığı üçün intihar etmək istədiyini etiraf edib.

    "Fədayə Laçınla duet ortaqlığımız yaranmışdı. İlk konsertimiz oldu. Dövlət televiziyasından gəlib duetlərimizi çəkdilər. Mən də efir vaxtını öyrəndim. Qardaşıma zəng edib dedim ki, ayın 10-u bizim evdə yığışaq, çəkilişə baxaq", - müğənni bildirib.

    T.Şahmalıoğlu həyat yoldaşının özünü dəm qazı ilə boğmaq istədiyini bildirib:

    "Heç ağlıma da gəlməzdi ki, həyat yoldaşım Fədayə ilə duet oxuduğum üçün qısqanar. Oturmuşduq, çəkilişə baxırdıq. Bir də gördük yoldaşım yoxdur.

    Qardaşımın yoldaşı dedi ki, mətbəxdən qaz iyi gəlir. Yoldaşım mətbəxin qapısını içəridən bağlayıb qazı açmışdı, qapını qırdıq. Dəm qazından artıq zəhərlənirdi. Yoldaşımı oradan çıxardıq, tez müdaxilə etdik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR