AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Çakallarla Dans 6” qala gecəsi baş tutdu - Video

  • + A
  • - A
  • 9-12-2022, 15:31

    “Çakallarla Dans 6” qala gecəsi baş tutdu - Video

    “Çakallarla Dans 6” qala gecəsi baş tutdu
    Türkiyəli məşhurlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu və Murat Şeker Bakıda “Park Cinema Flame Towers"də baş tutan "Çakallarla Dans 6" filminin qala gecəsində iştirak ediblər.
    Hakan Bilgin film haqqında danışıb: “Bu, filmimizin xarici ölkədə baş tutan ilk qalasıdır. Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.
    Didem Balçın isə Bakı haqqında təəsüratlarını bölüşüb:
    “Bizi çox gözəl qarşıladınız. Bakıda ilk dəfədir oluram və şəhərinizi çox bəyəndim”.

    Qeyd edək ki, “Çakallarla Dans 6” filmi Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənən komediya filmi olub. Filmdə Didem Balçın, Murat Akkoyunlu ,Timur Acar, Şevket Çorun, İlker Ayrık da çəkilib. Didem Balçın "Diriliş Ertuğrul" və "Kuruluş Osman" serialları ilə daha da məşhurlaşıb.
    Film 8 dekabrdan etibarən bütün Park Cinema kinoteatrlarında nümayişdədir. “Çakallarla Dans 6” komediyasını izləmək istəyənlər biletləri www.parkcinema.az saytından əldə edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR