AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaur Darabzadə mükafata layiq görüldü

  • + A
  • - A
  • 23-02-2023, 23:00

    Zaur Darabzadə mükafata layiq görüldü

    “EY Azərbaycan” tərəfindən beynəlxalq nüfuzlu “EY ilin iş adamı” (Ernst & Young) müsabiqəsinin final mərhələsi keçirildi.
    Azadmedia.az xəbər verir ko, bu müsabiqə 30 ildən çoxdur ki, təsis edilib və dünyanın müxtəlif 150-dən çox ölkələrində keçirir.

    Bu il müsabiqənin finalında sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 13 güclü namizəd arasından seçilib. Final mərhələsinə keçid alan namizədlər arasında qalib iyun ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin iş adamı” müsabiqəsində beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən qabaqcıl iş adamları ilə mübarizə aparacaq.

    Final mərhələsində CinemaPlus kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə “EY ilin iş adamı” müsabiqəsində “Sosial təsir” nominasiyası üzrə mükafata layiq görüldü.

    Zaur Darabzadə qeyd etdi ki, “CinemaPlus” 2 illik pandemiya fasiləsindən sonra hesabat dövrünü xalis mənfəətlə bitirdi. O, kinoteatr kollektivi və tamaşaçılarının dəstəyi ilə bu mükafata layiq görüldüyünü vurğulayaraq, onlara təşəkkürünü bildirib.

    Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib.

    “EY İlin İş Adamı” öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır. “EY İlin İş Adamı” proqramında iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR