AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naibə Allahverdiyeva: "Xalq artisti olandan sonra bütün xəstəliklərim yadımdan çıxıb"

  • + A
  • - A
  • 29-05-2018, 10:35

    Naibə Allahverdiyeva: "Xalq artisti olandan sonra bütün xəstəliklərim yadımdan çıxıb"















    Prezident İlham Əliyevin Sərəncamı ilə xalq artisti fəxri adına layiq görülən tanınmış aktrisa təəssüratlarını paylaşıb.
    Aktrisa "Ölkə.Az"ın əməkdaşıyla söhbətində bildirib ki, ilk xəbəri həmkarlarından alıb:

    "İlk xəbəri xalq artisti Həsən Ağasoydan aldım. Elə bildim ki, Prezident mükafatı almağıma görə təbrik edir. Ardınca teatrımızın direktoru Mübariz Həmidovdan zəng gəldi. O, çox diqqətli insandır. Düşündüm ki, doğum günümü təbrik edəcək. Doğum günümü təbrik etdi və ardınca məni xalq artisti fəxri adı almağım münasibətilə təbrik edəndə əllərim əsdi. Çünki insan layiq olduğu dəyəri alanda ikiqat sevinir".
    Xalq artisti bildirib ki, son iki gündə hər kəs ondan qonaqlıq istəyir:

    "Hamı qonaqlıq istəyir. Dünən də "Leyli və Məcnun" tamaşasından sonra teatrda tort kəsildi, kollektiv məni təbrik etdi. Hər kəsə, xüsusən cənab prezident İlham Əliyevə, nazir Əbülfəs Qarayevə və Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova minnətdarlığımı bildirirəm. Son zamanlar çox gərgin idim, depressiyaya düşmüşdüm. İndi bütün xəstəliklərimi unutmuşam. Məni təbrik edən tamaşaçılarıma da minnətdaram. Belə günlərdə insan dostlarını və dost olmayanları tanıyır. Hər kəsə təşəkkür edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR