Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində bu gün 12:00-dan etibarən 2024/2025-ci tədris ili üçün nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbuluna elektron qaydada başlanılır. Bu da vətəndaş məmnuniyyəti, əlçatanlıq, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi my.culture.az vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcəkdir.
6-31 may tarixlərində tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.
Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün geniş imkanlar yardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinet üzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.
Qəbulla bağlı sual yarandığı təqdirdə hər bir rayon üzrə mövcüd olan alternativ dəstək mərkəzlərinə və 147 çağrı mərkəzinə müraciət etməyiniz tövsiyə edilir.
Daha ətraflı məlumatı təqdim olunan tez-tez verilən sual-cavab bölməsi və təlimat vasitəsilə əldə edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.