AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Verdiyim açıqlamada texniki səhv etdim”

  • + A
  • - A
  • 17-07-2020, 11:20

    “Verdiyim açıqlamada texniki səhv etdim”

    Milli Məclisin deputatı Arzu Nağıyevin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların sayı ilə bağlı verdiyi səhv açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    AzadMedia.az xəbər verir ki, deputat rəqəmlərdə yanlışlığa yol verməsiylə bağlı feysbuk hesabında açıqlama yayıb. O bildirib ki, türk media qurumlarından birinə verdiyi məlumatlarda texniki səhv olub, şəhidlərin sayı yanlış bildirilib: “Şəhidlərimizin sayı 11 olub, ötən gün isə daha 1 şəhid vermişik: 2 nəfər mülki vətəndaşımız - Ağdam kənd sakini Əzizov Əziz mərmi qəlpəsindən, “Bozqurd” Asif ürəktutmadan müharibə şəraiti ilə bağlı dünyasını dəyişib.

    Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Əsas məqam odur ki, Azərbaycan Ordusu ərazidə nəzarəti tam şəkildə ələ alıb, erməni hərbçilərinin təxribatının qarşısı tam alınıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR