"Oktyabrın 31-də Soçi şəhərində Vladimir Putinin vasitəçiliyi ilə, cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü 10 noyabr 2020-ci il tarixində imzalanan bəyanatın şərtlərinin iki il ərzində nə dərəcədə yerinə yetirilməsinin yoxlanışı kimi də qiymətlənmdirmək olar".
Bunu Sonxeber.az-a açıqlamasında deputat İqbal Məmmədov deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev Putinlə görüşü zamanı Qarabağ probleminin 2 il öncə həll edildiyini vurğulayaraq Azərbaycanın mövqeyini bir daha bəyan edib:
"Bütün danışıqlarda olduğu kimi, Soçi görüşündə də yalnız Azərbaycanın diktəsi vardı. Dünənki Soçi görüşü cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Biz bunu orada çəkilən şəkillərdən də aydın gördük. Paşinyan yenə qorxaq kimi himayədarının çətirinin altında gizlənərək Ali Baş Komandan İlham Əliyev qarşısında yazıq görünüşünü aldı. Əslində Paşinyandan bu addım gözləniləndir. Çünki o, küçədən hakimiyyətə gələn insandır. Onun nə siyasətdən, nə də diplomatiyadan anlayışı yoxdur. Məhz buna görə də bütün görüşlərdən, müharibə meydanında olduğu kimi, məğlub ayrılır. Soçi görüşündə Paşinyan bir daha anladı ki, kapitulyasiya aktı kimi, sülh müqaviləsini də imzalamalı olacaq. Əks təqdirdə, sülh müqaviləsindən imtina Ermənistanın sonunu gətirə bilər".
Deputat vurğulayıb ki, Soçidə qəbul olunan bəyanat Azərbaycanın maraqlarına cavab verir:
"Cənab prezident İlham Əliyevin "Qarabağ problemi iki il öncə həll edilib" deməsi Paşinyanı və himayədarlarını növbəti dəfə çıxılmaz vəziyyətdə qoyub. Ermənistan ümid edirdi ki, Xankəndində "aksiya tamaşası" quraraq status məsələsini yenidən müzakirəyə çıxara biləcək. Lakin cənab Prezident növbəti dəfə onların bu xəyalını puç etdi. Ermənistan və havadarları çalışırlar Qarabağ problemini həll edilməmiş kimi göstərsinlər. Lakin Soçi görüşü bu planı da məhv etdi. Bu gün cənab İlham Əliyev kimi savadlı və güclü liderə sahib olduğumuz üçün çox şanslıyıq. Məhz onun yürütdüyü siyasət nəticəsində Azərbaycan öz çətiri altında bütün görüşlərdən qalib ayrılır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.