AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

  • + A
  • - A
  • Bu gün, 11:13

    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

    Təbrikdə deyilir:

    "Hörmətli cənab Prezident,

    Əlamətdar ildönümü – Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir. Enerji sahəsində uzun illərdən bəri davam edən səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.

    Bu ilin aprelində Azərbaycana həyata keçirdiyiniz işgüzar səfərin nəticələrini, Sizinlə görüşümüzü yüksək qiymətləndirirəm. Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir.

    Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.

    İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR