AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov: "NATO və Aİ Ukraynaya hərbi yardıma görə məsuliyyətdən yayına bilməyəcək"

  • + A
  • - A
  • Bu gün, 14:02

    Lavrov: "NATO və Aİ Ukraynaya hərbi yardıma görə məsuliyyətdən yayına bilməyəcək"

    Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, NATO ölkələri Ukraynaya göstərdikləri hərbi yardıma görə məsuliyyətdən yayınmağa çalışsalar da, buna nail ola bilməyəcəklər.

    Lavrov bunu “Rossiya” telekanalının jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, NATO və Avropa İttifaqı Ukraynaya hərbi yardımla bağlı məsuliyyəti əvvəlcədən üzərindən atmağa çalışır.

    “Onlar nə ilə məşğul olduqlarını bilirlər və bunu açıq şəkildə əvvəlcədən öz üzərlərinə götürməkdən yayınmağa çalışırlar. Bu, baş tutmayacaq”, – Lavrov bildirib.

    Rusiya XİN rəhbəri NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinə də diqqət çəkib. O, Moskvada belə bir sualın yarandığını deyib: NATO ölkələri kollektiv müdafiə əvəzinə “kollektiv hücum” həyata keçirməyə özlərini haqlı hesab edirlərmi?

    Lavrov əlavə edib ki, Rusiya NATO və Avropa İttifaqı ölkələrində, o cümlədən Böyük Britaniya, Fransa və Almaniyada həyata keçirilən siyasəti nəzərə alacaq.

    Qeyd edək ki, daha əvvəl Lavrov Rusiyanın Ukrayna ilə bağlı məsələlərdə daha sərt addımlar atacağını bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR