AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BALALARINA GÜN AĞLAYAN YAZIÇILAR – VƏZİFƏLİ ŞAİR ÖVLADLARININ SİYAHISI

  • + A
  • - A
  • 12-11-2018, 13:19

    BALALARINA GÜN AĞLAYAN YAZIÇILAR – VƏZİFƏLİ ŞAİR ÖVLADLARININ SİYAHISI















    Yazıçı və şairlər daim cəmiyyətin gələcəyini düşünməklə, toplumun diaqnozlarını təyin etməklə inkişaf prinsiplərini müəyyənləşdirir. Ona görə də qələm adamlarına daim ziyalı, aydın deyirlər. Belə şəxslərin cəmiyyətdə tanınması da çətin olmur. Ziyalı ailədə böyüyən övladlar da, ya valideynin yolunu davam etdirir, yaxud ayrı sahədə uğur qazanır.

    A24.Az övladına vəzifə verilən yazıçı şairləri təqdim edir:

    İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev – 2018-ci ilədək baş nazirin müavini vəzifəsində çalışıb.

    Rəsul Rzanın oğlu yazıçı Anar – bir sıra yaradıcı işlərlə yanaşı 30 ilə yaxındır Azərbaycan Yazıçılar Birliyinin sədridir.

    Yazıçı Anarın oğlu Tural Rzayev – Azərbaycanın Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.

    Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə – Qobustan Rayonun prokuroru vəzifəsində çalışıb.

    Bəxtiyar Vahabzadənin digər oğlu İsfəndiyar Vahabzadə – bir sıra Avropa ölkələrində səfir vəzifəsində çalışıb.

    Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavinidir.

    Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov – Abşeron rayon prokurorunun köməkçisidir.

    Aqil Abbas və İradə Tuncayın övladı Tuncay Abbasov – Bakı Şəhər Baş Polis İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.

    Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov – Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində müstəntiqdir.

    Mirələmovun digər oğlu Fərid Mirələmov – Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin rəis müavinidir.

    Yazıçının Rauf adlı oğlu da vəzifəlidir. Rauf Mirələmov – Xarici İşlər nazirliyində diplomatdır, 1-ci katibdir.

    Qılman İlkinin oğlu Ayaz Musayev – BDU-nin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimidir.

    Yazıçı Saday Budaqlının oğlu Nurlan Budaqlı AzTV-nin proqram direktorunun müavini vəzifəsində işləyir.

    Yazıçı Kamal Abdullanın oğlu Mehdi Abullayev – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektorudur.

    Şair Əli Kərimin oğlu Paşa Kərimov – AMEA Əlyazmalar İnstitutunun direktor müavinidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR