AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vəfadar Orucov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

  • + A
  • - A
  • 4-10-2019, 10:28

    Vəfadar Orucov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!



    Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucovdur.

    Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli bir yoldur. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi peşəkarlığını artırmaqla yanaşı, beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. O, həmçinini qeyd edib ki, daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.

    Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

    Vəfadar Orucov Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

    Vəfadar Orucov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

    Vəfadar Orucov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

    Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovdan nümunə götürən Vəfadar Orucovun böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

    Vəfadar Orucov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

    Vəfadar Orucov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zaqatala rayon Polis şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

    Ona etibar edilən bütün işlərdə Vəfadar Orucov özünü doğruldub. Bizdə hörmətli Vəfadar Orucovu Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR