AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat iqtisadçının var-yoxunu söydü - Borc qalmaqalı

  • + A
  • - A
  • 1-05-2017, 12:14

    Deputat iqtisadçının var-yoxunu söydü - Borc qalmaqalı

















    Milli Məclisin deputatı İqbal Məmmədovla tanınmış iqtisadçı Qulu İbrahim arasında qalmaqal yaranıb

    Bakipost.az xəbər verir ki, buna səbəb illər əvvələ dayanan borc məsələsi olub. Belə ki, bir neçə il bundan əvvəl Q. İbrahimli İ. Məmmədova məxsus şirkətlərdən birinin maliyyə işlərini görüb. İqtisadçıya külli miqdarda borclanan deputat əvvəlcə borcu ödəyəcəyini bildirsə də, sonradan bundan boyun qaçırıb.

    Bir neçə gün əvvəl iqtisadçı yenidən İ.Məmmədova mesaj yazaraq, pulunu tələb edib. Millət vəkili isə onun mesajına cavab olaraq, "sən kimsən ki, mənə mesaj yazmısan” deyib və iqtisadçını söyüb.

    Qulu İbrahimli baş verənlər haqqında özünün facebook səhifəsində bunları yazıb: "Deputat İqbal Məmmədov söyüş söydü, mən də beşqatını özünə qaytardım. Telefonu bağladı. Xaricdən gəlsin, onu himayə edənlər davamıza tamaşa etsinlər. Qorxub geri çəkilsəm, başıma arvad yaylığı bağlayıb profil şəkli edərəm.

    Söyməzdi, nəvəsi yaşda adamdan beşqatını da eşitməzdi. Mesaj da yazdım ki, şikayət etmək üçün əlində sübut da olsun. Bilsin ki, ondan qorxan yoxdur. Mən 8 ildir İqbal Məmmədova deyirəm 1 manat, lap elə 20 qəpik qoysun ortaya, halallaşaq. Amma o, özünə sığışdırmır, guya güc göstərir. Borcunu ödəməməklə nəyin prinsipini apardığını bilirəm.

    Sən deputatlığına arxayın olub "var-yox” söyüşü edərsən, mən də sənin "var-yox”unu düzərəm qabağına, hələ beşqat artığıyla.

    Mən deputat İqbal Məmmədovdan qorxsam, məndən əclafı yoxdur. Xaricdədir, deyir gəlib guya mənim payımı verəcək. Gözləyirəm. Hesab edirəm ki, ölkədə 10 güclü kişi varsa, onun ikisi mənim oğlanlarımdır. Onların ruzisini mənimsəmək istəyənin ağzının payın verərəm. Kimliyindən asılı olmayaraq.

    Mesaj yazdım deputat İqbal Məmmədova ki, xaricdən qayıtdığı günü, vaxtı öyrənib, aeroporta gedəcəyəm, görüm dediyi söyüşlərin arxasında dura biləcək? Olmasa, Milli Məclisə gedəcəyəm. Gör bir, hansı həddə qədər qudurub. Elə mənim kimi biri qabaqlarına çıxıb dərs verməlidir.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR