AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukraynanın Xarkov Şəhərində Fəxri Konsulla görüş keçirildi

  • + A
  • - A
  • 21-07-2021, 19:52


    Bu gün Ukraynanın Xarkov Şəhərində Fəxri Konsulla görüş keçirilib. Xarkov Şəhər Administrasiyası rəhbərinin birinci müavini Aleksandr Novakla Ukraynanın Azərbaycanda Fəxri Konsulu Mehrəli Qasımov arasında təşkil olunan görüşdə təhsil sahəsində birgə əməkdaşlıq məsələləri, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, eləcədə regionlararası əməkdaşlıq məsələləri müzakirə olundu.
    Ukrayna Azərbaycanın bir çox sahədə dəyərli müttəfiqlərindən biridir. Hər iki ölkənin qarşılıqlı fəaliyyət göstərə biləcəyi sahələri inkişaf etdirmək həm Ukrayna , həm də Azərbaycan tərəfi üçün uğurlu layihələri reallaşdırmağa dəstək olacaq.
    Hal-hazırda təhsil sahəsini ən prioritet mövzu kimi dəyərləndirən Fəxri Konsul Mehrəli Qasımov Azərbaycanda yaradılan "Ukrayna Mərkəzi"nin bu sahədə bayraqdar olacağını vurğuladı. Mərkəzin vahid pəncərə sistemi əsasında fəaliyyət göstərəcəyi, bunun üçün də ilk olaraq məhz Xarkov Dövlət Universitetləri ilə birgə əməkdaşlığa başlamağın labüd olduğunu bildirdi.
    Bu istiqamətdə Azərbaycan artıq öz sözünü demiş və təhsildə keyfiyyəti üstün tutan " StudyLab " təhsil akademiyası "Ukrayna Mərkəzi" ilə birgə fəaliyyət göstərəcək. Təhsil Akademiyasının rəhbəri Ləman Abasbəyli Azərbaycanla yanaşı , Türkiyə vətəndaşlarının da Ukraynnanın ən prestijli təhsil mərkəzlərində təhsil və əlavə təhsil almaq istədiklərini və kifayət qədər tələbat olduğunu dilə gətirdi.
    Görüş zamanı " Ukrayna Mərkəzi"nin daha bir layihəsi olan "Təhsil sərgisi"nin təşkilindən də danışıldı. Qeyd edək ki, sərgi hər il Ukrayna Universitetlərinin birgə iştirakı ilə keçiriləcək.
    Hər iki ölkənin ali məktəbləri arasında qarşılıqlı təhsil programlarının yaradılması da nəzərdə tutuldu.
    Administrasiya rəsmisi də bu uğurlu layihələrdə Ukrayna universitetlərinin lazımi dəstək göstərəcəyini bildirdi.
    Görüşün sonunda Fəxri Konsul Mehrəli Qasımov Ukraynanın dövlət və özəl mətbuat orqanlarına müsahibə verdi.
    Azadmedia.az






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR