Serbiyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə bağlı başsağlığı verib.
Bununla bağlı səfirliyin tviter səhifəsində paylaşım edilib.
“Xızıdakı faciəvi helikopter qəzasında dünyasını dəyişən 14 zabitin ailələrinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanlara da tezliklə şəfa tapmalarını arzulayırıq”, - məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.