ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə danışıqlardan irəliləyiş gözləmədiyini deyib.
Azadmedia.az xarici kiv-lərə istinadən bildirir ki, o, bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib. Blinkenin çıxışının mətni bir gün əvvəl ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.
Blinken onu da qeyd edib ki, danışıqlar zamanı ABŞ və NATO ilə keçmiş məsləhətləşmələr nəticəsində Moskvanın nəyə gəldiyini eşitməyə ümid edir.
"Hamımızın hər birimizin eşitdikləri üzərində düşünmək fürsəti var idi" deyən Amerika diplomatiyasının rəhbəri həmçinin bildirib ki, o, öz növbəsində ABŞ və onun avropalı müttəfiq və tərəfdaşlarının ümumi mövqeyini Rusiyaya çatdırmağı gözləyir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyasının xarici işlər nazirinin Cenevrəyə gəldiyi və cümə günü ABŞ dövlət katibi ilə danışıqlar aparacağı bildirilmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında görüş zamanı Lavrov və Blinken təhlükəsizlik təminatlarına dair sənədləri müzakirə etmək və bu məsələdə gələcək addımlar barədə qərar qəbul etməyə cəhd etmək niyyətində olduqlarını bildirib.
Tərcümə etdi: Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.