Qarabağda separatçılar, necə deyərlər, Laçın yolunun “bağıdılması” tələbi ilə ümumxalq hərəkatına başladılar, yenə də Azərbaycan tərəfindən ermənilərin hansısa “soyqırımı” hazırlaması tezisləri irəli sürülür. Bu cür bəyanatlar çoxdan mütəmadi xarakter alıb, lakin son günlər bütün bu mitinqlər açıq şəkildə regionda vəziyyəti silkələmək istəyi kimi görünür. Nahaq yerə. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim üçün Dağlıq Qarabağ münaqişəsi bitib, status məsələsi gorbagor olub. Separatçıların Paşinyanın özünə qarşı ittihamlar səsləndirdiyini nəzərə alsaq, bunun arxasında kim dayanır?
Erməni gündımini izləsək, kütləvi toplantılar, mitinqlər, guya kütləvi aclıq, soyqırım şüarları ilə uşaqlardan siyasi məqsədlər üçün istifadə olunmasını görürük. Elə oradaca Xankəndindəki dəbdəbəli ziyafətlərin görüntüləri sosial şəbəkələrdə yayılır. Bu cür hərəkətlər sırf siyasi məqsədlər üçün həyata keçirilir. Bu, separatçılar arasında olan revanşistlərin, eləcə də xaricdəki diaspora revanşında maraqlı olan ermənipərəst lobbiçi qüvvələrin bir növ “yürüş” təşkil etmək istəyidir. Başa düşürlər ki, vaxt keçir, siyasi mövqeləri pisləşir, mövqelərini müdafiə etmək üçün ciddi arqumentlər yoxdur. Rəsmi Bakı onlara Azərbaycanın hüquqi məkanına uğurlu reinteqrasiya variantları təklif edir, sadə erməni sakinlərinin belə təklifləri qəbul etməsinə icazə verilmir.
Qarabağın gələcəyinin əvvəlcədən müəyyənləşdiyini görüb, bütün beynəlxalq ictimaiyyətə tələblər, şərtlər, şikayət və ittihamlarla məktublar göndərirlər ki, beynəlxalq ictimaiyyət ermənilərin “qətlinə” göz yumur. Məqsəd Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almaqdır. Heç bir sənədə imza atmağa icazə verməməyə çağırışlar var. İntiqam almaq istəyənlər Ermənistanın baş nazirinə daim təzyiq göstərirlər.
Biz dünyada hərbi-siyasi vəziyyətin təlatümlü inkişafı mərhələsindəyik. Hər şey asan deyil, Cənubi Qafqazda da asan deyil. Vəziyyəti sakitcə qiymətləndirmək lazımdır.
Moskva ilə Bakı arasında münasibətlərin əsasını Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə təşkil edir. Obyektiv olaraq Azərbaycan Qarabağın qalan hissəsini öz nəzarətinə qaytara biləcək. Azərbaycan rəhbəri əla diplomat kimi vəziyyəti və belə bir addımın hansı nəticələrə gətirib çıxara biləcəyini mükəmməl başa düşür. Birincisi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat var ki, orada Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinin şərtləri aydın şəkildə göstərilib. İkincisi, istənilən qərar qəbul edərkən hər şey hesablanmalıdır ki, dostluq münasibətlərimizə xələl gəlməsin. Həm Moskvada, həm də Bakıda məsuliyyətli anlaşma var. Amma təəssüf ki, o, nə İrəvanda, nə də Qarabağın erməni separatçıları arasında yoxdur.
Biz bilirik ki, İlham Əliyev nəsə vəd edibsə, bu, sözsüz həyata keçirilir.
Əslində, həm separatçıların, həm də Ermənistan hakimiyyətinin göstərməyə çalışdıqları hər şey Bakının inamlı, aydın, təfərrüatlı mövqeyi və arqumentləri fonunda davam edən xaotik siyasi bir-birinə zidd hərəkətlər toplusudur. Erməni müxalifətinin - Qarabağda separatizmi dəstəkləyən revanşistlərin başına gələnləri xatırlayırıq. Belə bir gündəm, müxalifətçilər nə qədər çalışsalar da, sadə, müharibədən yorulmuş əhali üçün əhəmiyyətsiz olduğu ortaya çıxdı.
Tarixin lokomotivini geri çevirmək cəhdi heç kəs, o cümlədən revanşist olan və vəziyyətin sülh yolu ilə həllini istəməyənlər üçün mümkün olmayacaq.
Azərbaycan qətiyyətli addımlara davam etməsə, Ermənistandan və qeyri-qanuni qruplaşmalardan, o cümlədən Rusiya sülhməramlılarının arxasından silahlı təxribatları bir o qədər çox müşahidə edəcəyik. Ona görə də Rusiyanın sülhməramlı kontingentinə zərər vurmamaq məntiqindən çıxış edərək, Bakının müəyyən fors-major şəraitdə hərəkət etməsi vacibdir. İndi rəsmi Moskva danışıqlar prosesində, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində vasitəçi kimi fəal rol oynamaq niyyətində olduğunu bir daha vurğulayır və onun da mövqeyinin nəzərə alınacağını gözləyir. Azərbaycanda son sözü ölkə rəhbəri deyir.