AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Eldar Həsənovun adı bazar qalmaqalında - ŞİKAYƏT

  • + A
  • - A
  • 4-03-2017, 11:41

    Eldar Həsənovun adı bazar qalmaqalında - ŞİKAYƏT














    Sumqayıtda ”Şərq Bazarı” ərazisində fəaliyyət göstərən 66 sahibkar Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb. Dia.az bildirir ki, müaraciətdə sahibkarlar Sumqayıt Şəhər Məhkəməsinin hakimləri Məmmədov Ceyhun Bəşir oğlunun və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin çıxardığı ədalətsiz qərarlardan şikayətçidirlər.Surəti redaksiyamıza göndərilən müraciəti olduğu kimi təqdim edirik:

    “Sumayıt şəhəri, ”Şərq Bazarı”nda fəaliyyət göstərən 66 sahibkar adından
    Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova

    MÜRACİƏT

    Dia.az-a daxil olan müraciətin mətnində deyilir:

    “Hörmətli nazir ,Siz həmişə hakimlərin məhkəmə işlərinə qərəzsiz, ədalətli yanaşmısınız. Hakimlərə tələbkarlıqla yanaşmaqla bərabər, tərəfkeşlik edən hakimlərə qarşı barışmaz münasibət bəsləmisiniz. Lakin, təəssüflər olsun ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyev qarşı tərəfə-Rəşid Babayeva və onun havadarlarına,himayədarlarına tərəfkeşlik edərək Sumqayıt Şəhər Məhkəməsinin qüvvədən düşümüş,ləğv olunmuş qərara əsasında çıxartdığı qətnaməni qüvvədə saxlayıb və bununla da qanunvericiliyi kobud pozub.

    Dediyimiz kimi 2016-cı il iyulun 25-i Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə Rəşid Babayevin və digər iddiaçı Afət Həsənovanın iddiası ilə məhkəmə iclası keçirilib və hakim qeyri-qanuni,qüvvədən düşmüş sənədlər əsasında absurd qətnamə çıxarıb ki,bu da haqlı olaraq "Şərq bazarı"nda fəaliyyət göstərən 66 sahibkarın narazıçılığına səbəb olub. Qeyd edək iddiaçılar- "Şərq bazarı"nın keçmiş direktoru , “RŞHT” Şirkətinin Ticarət Mərkəzinin təsisçisi Rəşid Babayev, digər təsisçi Afət Həsənovanın nümayəndəsi öz iddialarında Sumqayıt şəhəri,9-cu mikrorayon ünvanında guya ki,iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş 7 metr hündürlüyündə dəmir beton dirəklərdən(bir hissədə isə 3 metr) ibarət , 3 tərəfdən bazarı əhatəyə alan karkasın cavabdehlər tərəfindən sökülməsini xahiş edib ,bu nə qədər absurd və qanunazidd olsa da hakim bu iddianı təmin edib.

    Bu azmış kimi Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyev bu qərarı təsdiqləyib.

    Bu qərarları ona görə qanunazidd adlandırmaq olar ki, adıçəkilən dirəklər iddiaçıların ərazisində yerləşmir. Çünki 2013- ci ildə Rəşid Babayevin və digər təsisçinin mülkiyyətində olan 1 hektar 8 sot torpaq sahəsinə aid olan çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müvafiq sərəncamı ilə etibarsız hesab olunub və adıçəkilən mülkiyyətçilərin mülkiyyət hüquqlarının qeydiyyatı daşınmaz dövlət reyestrində ləğv olunub.( Müvafiq bütün sənədlərin fotosurətlərini sonda təqdim edirik). Belə olan halda hakim Ceyhun Məmmədov hansı əsasla bazarkomun iddiasını təmin edib,çox təəcüblüdür. Telman Quliyevin tərəfindən Ədliyyə Nazirliyinin ekspertinə tapşırılıb ki, məhkəmə predmeti olan həmin dirəklərin hansı tərəfin ərazində olmasını müəyyən etsin,o da “fərasət” göstərərək “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hansısa kadastr xəritəsində mifik sənəd tapıb hakimə təqdim edib ki,bəs dirəklər olan ərazi Rəşid Babayevə məxsusdur, “gözünə döndüyümüz” hakim də tez bazar haqqın-ədalətin yox bazarkomun xeyrinə qərar çıxarıb.

    Halbuki qeyd etdiyimiz kimi o sənədlər vaxtıliə ləğv olunub

    Cənab nazir, biz bilirik sizin səyləriniz sayəsində təkcə keçən il vətəndaşların narazılığına səbəb olan pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib. Bu barədə sizin iştirakınız ilə fevralda keçirilən Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib. Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə bir şox hakimlər cəzalanıb,vəzifələri aşağı salınıb , bir çoxlarına töhmət verilib, irad tutulub. Yuxarıda adını çəkdiyimiz hakimlərin qərarları elə cəzalanmış hakimlərin çıxardıqları qərarlar qəbildəndir və burada ,əldə fakt olmasa da korrupsiya elementləri hiss olunur.

    Düşünmək olar ki, məhkəmədə əleyhinə qərar verilən tərəfin,yəni bizim narazı olmağımız təbiidir,amma bu o qəbildən olan hal deyil.Çünki burada Telman Quliyevin qarşı tərəfə-Rəşid Babayeva tərəfkeşliyi açıq-aşkar duyulurdu. Təsəvvür edin ki,66 sahibkara və onların dükanlarında işləyən yüzlərlə insana aid olan taleyüklü məsələyə 15-20 dəqiqəyə , işi araşdırmadan,mahiyyətinə varmadan,qarşı tərəin təkzibolunmaz faktlarını nəzərə almadan qərar verildi. Elə bil hakim Rəşid Babayevin və onun havadarlarının vəkili idi.Qarşı tərəfin dəlillərinə, faktlaraına münasibət belə bildirilmədi ,onların tam səslənməsinə belə imkan vermədi. Qanunvericiliyi kobud surətdə pozaraq sifarişli qərar çıxarıb,bundan əvvəl çıxarılan ədalətsiz qərarı dəstəkləyib. Çox güman ki, işə baxan adıçəkilən hakimlər özlərinə əziyyət verib heç Əmlak Komitəsinin qərarlarını da oxumayıblar.

    Nəzərinizə çatdıraq ki,neçə illərdir Rəşid Babayev biz sahibkarlara zülm verir, olmazın problemlər yaradır,dükanlarımızın qabağı keçən ilin iyun yayından hər tərəfdən hasarlanıb deyə alverimiz kəskin düşüb, güzəranımız pisləşib. Hər tərəfdən hasarlandığından bura alıcı az gəlir və ticarət çox zəifləyib. Hal-hazırki iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq edib ki,sahibkarların fəaliyyətinə mane etməsinlər, vətəndaşlara xidmət etsinər,əksinə onların qayğıarı ilə maraqlansınlar.

    Və sahibkarlar da ölkə başçısının sahibkarlara qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyir. Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir. Bundan başqa nəzərə almaq lazımdır ki, çoxsaylı qanun pozuntuları ilə işləyən Rəşid Babayevdən fəqli olaraq 66 dükan sahibi illərdir nümunəvi vergi ödəyiciləridirlər. Bu hakimlər öz cəzasızlıqlarına arxayın olduqlarından bu cür qərəzli qərar çıxarıblar. Bu sətirləri yazdıqda istər-itəməz adamın ağlına nədənsə Molla Nəsrəddinin lətifələrindəki ,rüşvət çox verənin xeyrinə qərar çıxaran qazılar gəlir.

    Cənab Fikrət Məmmədov,biz bilirik ki, hakimlərin fəaliyyətinə təsir etmək yolverilməzdir, onların çıxardığı qərar nə qədər ədalətsiz olsa da qanunpərəst vətəndaş olduğumuzdan qəbul edirik ki, onların səlahiyyətinə qarışa, müdaxilə edə bilmərik. Öz hüquqlarımızdan istifadə edərək qərardan şikayət edəcəyik .

    Məhkəmənin qərarına müdaxilə etmək hüququmuz olmasa da və hakimlər qərar verməkdə müstəqil olsalar bu məsələdə ortada olan faktlar hakimin çıxardığı qərara o qədər əksdir ki, istər-itəməz qərar bizdə şübhə doğurur.İş o qədər aydındır ki, məsələ mübahisə predmeti ola bilməz.Hətta ən təcrübəsiz hakim belə qüvvədən düşmüş sənəd əsasında qərar çıxarmazdı və bu da onu sübut edir ki, bu hakimlər qanunun aliyini təmin etmək əvəzinə Rəşid Babayevin və onun havadarlarının iradəsini təmin ediblər.

    Onu da bildirək ki, Rəşid Babayeva sahibkarlara qarşı apardığı müharibədə əsas dəstək verən şəxs bizim bildiyimizə görə Azərbaycanın sabiq baş prokuroru Sabiq baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur, hansı ki,bu bazarda adı qeyri-rəsmi ortaq kimi gedir. Onun işlərinini isə qardaşı Şahin Həsənov aparır( o da qeyri-rəsmi). Rəsmən isə "Şərq bazarı"nın keçmiş direktoru , Rəşid Babayevin sahibi olduğu “RŞHT” Şirkətinin Ticarət Mərkəzinin digər təsisçi Afət Həsənovadır ki, hansıkı Eldar Həsənovun qardaşı Şahin Həsənovun həyat yoldaşıdır.Yəni ad Afət Həsənovanın olsa da ,faktiki bazarın əsas sahibi Eldar Həsənovdur ki,o da bazarkoma havadarlıq edir.

    Yeri gəlmişkən, “Şərq bazarı”nda yerpulu yığan Musa adlı şəxsin Həsənovun bacanağı olması bildirilir. Sənədlərdə bu vaxtacan , Eldar Həsənovun yaxını olması bildirilən Afəf Həsənovun getməsi heç də təsadüfi deyil.

    Məhkəmə predmeti olan bu dirəklərə isə qalsa burda əsas günah yenə də elə bazarkomun özündədir. Çünki biz sahibkarlar başıbəlalı dirəkləri abadlaşıdrmaq niyyəti ilə inşa etmişik və bunu könüllü etməmişik. Daha doğrusu Sumqayıtın ozamankı icra başçısı Eldar Əzizovun sifahi göstərişi ilə 2014-cü ildə ərazini abadlaşdırmaq işini Şəhər Memarlıq və Şəhərsalma İdarəsini müdir müavini Kamil Məmmədovə tapşırıb və sahibkarlarda ərazini öz şəxsi vəsaitləri hesabına abadlaşdırmağa başlayıblar,amma iş başlayandan bir müddət sonra Rəşid Babayev isə Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb.Rəşid Babyev bir neçə il əvvəl hansı yollasa Sumqayıt Gigiyena və Epidemiologiya Mərkəzinin əli ilə dükanların fəailyyətini 10-15 gün dayandırmağa müvəffəq olmuşdu.

    Rəşid Babayevin davamlı bizə qarşı apardığı kampaniya biz 66 sahibkarı , zorən onun hücumlarından müdafiə olunub tab gətirən 300 spartalıya çevirib. Ümumiyyətlə sahibkarlarla Rəşid Babayevin çəkişməsi 6 ilə yaxındır ki,sürür. Keçirilən bütün məhkəmlər bizim xeyrimizə nəticələnsə də, vəziyyətləri dəyişməyib.66 sahibkar bu müddət ərzində dəfələrlə icra hakimiyyətində olmuşuq,keçmiş , həmçinin hazıkı icra başçısının qəbulunda bizimlə görüşüblər,lakin məsələ müsbət həllini tapmayıb,hasarlar keçən ildən qalıb,ticarəti iflis edib, sahibkarlara böyük ziyan dəyib. Bundan başqa Prezident Administrasiyasına,digər dövlət qurumlarına həm yazılı,həm də şəxsən gedib şikayət etmişik.İndiyəcən bu məhkəməni çıxmaq şərti ilə bütün məhkəmlərdə bizim xeyrimizə qərar çıxarılması da bizim haqlı olmağımıza dəlalət edir və bizim Ədliiyə sisemimizə inanmıza artırır. Amma son qərarlarla dövlətin adından çıxış edən hakimlər bu inama zərbə vurmağa çalışırlar. Xatırladaq ki, Əmlak Komitəsini də 2012-ci ildə məhkəməyə vermişdir,lakin bu məhkəmə də onun iddiasını təmin etməmişdir. 2013-cü ildə isə Əmlak Məsələləri Dövlət Komitəsindən ona rəsmi məktub göndərilib Məktubda onun sənədləri,mülkiyyətinə olan çıxarışları ləğv olunduğundan,onun ərazisi 25 sot azaldığından yenidən komitəyə ərizə ilə müraciət etməsi xahiş olunur. Amma çox qəribə də olsa R.Babayev indiyəcən Əmlak Komitəsinin Sumqayıt Ərazi idarəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinə müraciət etməyib, qalan torpaq üzərində olan mülkiyyət hüququnu qeydiyyatdan keçirib təsdiq etdirməyib və sənədlərini təzələməyib. Bu ümumiyyətlə R.Babayevin qanunlara olan münasibətidir. Bütün bundan bir qənatə gəlmək olur ki,o Azərbaycan qanunlarını qəbul etmək istəmir.

    2006-cı ildən başlayaraq sabiq baş prokuror Eldar Həsənovun qohumu Afət Həsənova ilə birləşən “Şərq” bazarının keçmiş sahibi Rəşid Babayev özəlləşdirilmiş hissəyə, bizim əmlaklara qarşı iddia irəli sürməyə başladı. Nəticədə 2007-ci ildən başlanan proses 2010-cu ildə

    Əmlak Komitəsinin bizim dükanların altındakı torpaq sahəsini Rəşid Babayev üçün özəlləşdirməsi ilə nəticələndi. Bu anormal bir hal idi ki, dükan bizim yer isə onun sayılırdı. Qanunla ticarət obyektlərinin yerləşdiyi torpaq da bizim olmalı idi. Biz məhkəməyə müraciət etdik.

    Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərara görə, ticarət obyektlərinin yerləşdiyi torpaq yenidən bizim mülkiyyətə qaytarıldı. Amma bazarın rəhbəri Rəşid Babayev hər gün sahibkarlara hədə-qorxu gəlir , təhqir edərək deyir ki, bura mənimdir və siz mənə işləməlisiniz

    Uzun müddətdir mətbuatın gündəmindən düşməyən məsələ dəfələrlə ölkənin müxtəlif mətbu orqanlarda , həm saytlarda ,həm də tv-lərdə işıqlanıb. Məsələ kifayət qədər işıqlandırıldığından sizi uzun-uzadı məhkəmə qərarları ilə bezdirmək istəməzdik. Ancaq qısa olaraq məlumat verək ki, məsələnin,tarixçəsi, kökü belədir: 1988-ci il aprelin 12-də o zamankı Sumqayıt şəhər icraiyyə komitəsinin müvafiq qərarı əsasında 9-cu mikrorayonda ticarət mərkəzinin tikilməsi məqsədi ilə ilə 1 hektar torpaq sahəsi ayrılmış və həmin topraq sahəsinin üzərində “Şərq bazarı”nşa edilmişdir.

    “Şərq bazarı”nın “A” “B” koprusları əmək kollektivinin üzvləri tərəfindən alqı-satqı ilə satılmış və mülkiyyət hüququ Rəşid Babayeva və Eldar Həsənovun qardaşının həyat yoldaşı Afət Həsənova keçmişdir. “Şərq bazarı”nın bazası əsasında 1997-cil 27 yanvarda “RŞHT” şirkəti yaradılıb və bazar bu adla fəaliyyət göstərib. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin sahibkarlığın inkişafı üçün imzaladığı sərəncamdan irəli gələrək ”Şərq bazarı” ərazisində ticarət üçün ərazidə yer ayrıldı və həmin Ticarət binasının yanında indi məşhur olan arkalı 66 dükan tikildi. Hansı ki, o dükanların Rəşidin ərazisinə və mülkiyyətinə heç bir aidiyyatı yox idi (bu torpaq sahəsinin dövlət tərəfindən təsdiq olunmuş planının şəklindən də aydın görünür) və sahibkarların öz şəxsi vəsaitləri hesabına tikilib. Problemin yaranması isə 2010-cu ildən ,R.Babayevin keçmiş ”Şərq bazarı”nın yerləşdiyi torpaq sahəsinin Dövlət Əmlak Komitəsindən alınaraq özəlləşdirilməsindən sonra başlayıb. İş orasındadır ki,dükanların arxasında da R.Babayevin ərazisi var və o qanunsuz yolla,66 dükanın yerləşdiyi ərazisini də qanunsuz olaraq, gizlincə ,bizdən xəbərsiz özəlləşdirməyə nail olmuş və sənəddə sahibkarlara məxsus ərazini öz ərazisinə qatılmışdır. Halbuki biz dükanlarımızı ondan qat-qat əvvəl özəlləşdirmişdilər. Biz bu qanunsuzluqdan xəbər tutduqdan sonra Əmlak Komitəsini də,Rəşid Babyevi də məhkəməyə verib və Sumqayıt İnzibati –İqtisadi Məhkəməsi 2011-ci ilin avqustunda bizim xeyrimizə qərar çıxarıb, 44 mağazanın sahibinə məxsus topaq sahəsi R.Babayevin və digərinin mülkiyyətindən çıxarılmışdır. İş ilə bağlı keçirilən bütün məhkəmə instansiyaları, Apellyasiya Məhkəməsi də ,Ali Məhkəmə də sahibkarların xeyrinə qərar çıxarıblar.Ümumiyyətlə R.Babayev bundan əvvəlki bütün məhkəmələrdə bir qayda olaraq məğlub olmuşdur. Məhkəmənin qərarı ilə Əmlak Komitəsi R.Babayevin və şərikinin mülkiyyətində olan 1 hektar 8 sotdan ibarət olan topaq sahəsinin çıxarışı ləğv edilmiş və həmin ərazinin 25 sotu sahibkarların mülkiyyətinə verilmişdir,yəni haqq-ədalət bərqərar olmuşdur. Belə olan halda o hansı əsasla sahibkaları məhkəməyə verərək dirəkləri sökdürmək istəyir.Özünün sənədi natamam ola-ola sənədləri tam qaydasında olan sahibkarları haqsız çıxartmağa çalışır və hakim də bunları necəsə görmür. Əslində dirək məsələsi bir bəhanədir.Onun dərdi dirəklər deyil.Bütün məhkəmələri uduzan,sahibkarların dükanlarını ələ keçirə bilməyən bazarkom intiqam məqsədi ilə sahibkarlara hər vəchlə mümkün qədər problem yaratmağa çalışır. Hətta bir neçə dükanın qabağı tamamilə bazarkom tərəfindən tutulduğundan,bağlandığından həmin dükanların sahibləri fəaliyyətlərini dayandırıblar.

    Dükanların qabağında olan gediş-gəliş yolu ,deyir mənimdir.Əgər belə olarsa bəs sahibkarlar necə alver edə bilər?! Bütün məhkəmə qərarları ona əks çıxarılsa da o hər vəclə sahibkarlardan əl çəkmir,imkan qədər zərbə endirmək

    istəyir. Məqsəd isə sahibkarları müflis etmək,sıradan çıxartmaq və sonda ələ keçirmək,ya da söküb burda Ticarət obyekti açıb arenda pulu yığmaqdır.Çünki bu obyektlər şəxsi olduğundan ona heç bir gəlir gəlmir və oda bunu heç cürə həzm edə bilmir.Yeri gəlmişkən bir neçə il əvvəl o bir qrup yerli məmurla sövdələşərək 66 obyekti guya abad Ticarət Mərkəzi tikmək adı ilə sökməyə cəhd etmişdir amma buna nail olmamışdır. Amma biz özümüz abadlaşdırma məqsədilə tikinti işləri aparanda isə buna imkan vermir ki ,bu da onun abadlaşdımaq istəyinin yalan olmasını göstərir. Hakimlər qərar qəbul edərkən hansısa maraqlardan yox, dövlətçilik maraqlarından çıxış etməlidir. Bu məsələdə hakim qərar qəbul edərkən düşünməlidir söhbət 70-ə yaxın sahibkardan və onların ailələrindən gedir. Bu adamlar hamısı vergi ödəyiciləridir. Rəşid Babayevin addımları nəinki hüquqi baxımdan qeyri qanunidur,həm də mənəvi baxımdan qınalısadır.

    Hörmətli nazir, Rəşid Babayev qüvvədən düşmüş 2007-ci ilin saxta sənəd ilə məhkəməyə müraciət edib və məhkəmənin şıxardığı ədalətsiz qərar ilə camaatın mülkiyyətinin qabağında olan gediş-gəliş yolununun Afər Həsənova ilə birgə mülkiyyətinə məxsus olmasını yenidən subut etmək istəyir. Bütün bunları nəzərə alaraq sizdən xahiş edirik ki, bu məsələni öz nəzarətinizə götürəsiniz ,sahibkarların probleminə laqeyd qalmayasınız və ədalətsiz qərar çıxarmış hakimlər barədə müvafiq tədbirlər görülməsinə, bunun Məhkəmə-Hüquq Şurasının iclasında müakirə olunmasına , məhkəmə işinin növbəti instansiyada obyektiv araşdırılmasına göstəriş verəsiniz.Çünki nümayiş etdirilən yanaşma bizdə çox böyük narahatlıq doğurur. Biz hüquqi dövlətdə yaşayırıq və bütün bu deyilənlərə rəğmən dövlətçiliyimizi daima dəstəkləmiş ,dövlətimizə həmişə arxa olmuşuq.

    Bu səbəbdən inanırıq ki, ədalət zəfər çalacaq və haqq-ədalət,hüquq sonda öz yerini tapacaq!

    Hörmətlə, ,”Şərq Bazarı”nda fəaliyyət göstərən 66 sahibkarın sahibkarın nümayəndəsi Yusif Məmmədov

    Qarşı tərəfi də dinləməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR