AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lerikdə nə baş verir? - Keçmiş məmurdan şikayət

  • + A
  • - A
  • 19-12-2016, 20:59

    Lerikdə nə baş verir? - Keçmiş məmurdan şikayət

















    Lerik rayon Divağaş kənd sakinləri Nuriyev Eynulla, Nuriyev Habil, Xanahmədov Ramiz, Xanahmadov İlkin, Ağayev Firudin, şəhər sakini Şahiyev Miriş tərəfindən

    ŞİKAYƏT MƏKTUBU

    Şikayətimiz qoyun dərisi geymiş canavar sovet hökuməti dövründə pasportunda Ağayev Babali Məmiş oğlu olsa da Azərbaycan müstəqillik qazandıqdan sonra isə şəxsiyət vəsiqəsində Ağayev Babə Əli Məmiş oğlu yazılan şəxsdəndir. Bu saxtakar Lerik rayonunda 1969 - 80 - ci illərdə rayonumuzun 1-ci katibi, 1991-92 ci ildə İH-nin başçısı işləmişdir. İşlədiyi dövrlərdə onun işi əhalinin qanını sovurmaq olub, rüşvətxorluğuna və saxtakarlığına görə Heydər Əliyev onu partiya sıralarından xaric etmişdir, ona cinayət işi açdırmışdır. H. Əliyev Azərbaycan Respblikasının Prezdenti seçildikdən sonra B.Ağayev hardasa gizlənirdi. H.Əliyev rəmətə getdikdən sonra Babə Əli kimi respublikada peyda oldu. Divağaş kəndi ilə yanaşı olan Zərinqala kəndi olub. M.Bağırov 1953 - ci ildə bu kəndləri köçürmüşdür. Bu kəndlərin əhalisi Biləsuvar rayonunda Binə qəsəbəsində məskunlaşmışdılar. 1957-58 ci illərdə Divağaş kəndinin əhalisinin bir qismi kəndə qayıtdılar. Zərinqala kəndinin əhalisindən heç kim qayıtmadı, bu kəndin torpaqları da əvvəlki illər kimi kolxozun əkin sahələri idi.

    Bildiririk ki, 1954 - cü ildən hal hazıra kimi Zərinqala adlanan kənd rayonumuzun ərazi vahidində mövcüd olmayıb, bu torpaq sahəsində bir ev də mövcüd olmayıb. 1999 - cu ildə islahat zamanı əmlak payı torpaqlar Dövlət aktına əsasən bizə verdilər. 2014 – ci ildə Babə Əli Qosmaliyan kənd icra nümayəndəliyinin Qosmaliyan kəndinin pasport qeyditatına durdu, 2015 - ci ildə nümayəndəliyinin Divağaş kəndinin pasport qeydiyatına durub. İkinci dəfə rayonumuzda işlədiyi dövrdə vəzifəsindən istifadə edərək Lerik rayon XDS icraiyyə komitəsinin 1992 - ci il tarixli qərarı ilə güya ona 0,12 hektar torpaq verilib şəxsi ev tikmək üçün. Amma biz bunu araşdırdıq, bəlli oldu ki, o dövrdə sovozun qərarı olmayıb. İslahat zamanı da bu torpaq sahəsi bu ərazidə nəzərdə tutulmayıb. Saxtakarlıqla bu sənədi hardan ələ alıb bilmirik. Axı B.Ağayev pasport qeydiyyatında bu ərazidə olmayıb.

    2014 - cü ildə Zərinqala adlanan sahədə Nuriyev Eynulla Səyadulla oğlunun əmlak payı topağında şəxsi ev tikib. B.Ağayevin ikinci saxtakarlığı özü və üç qohumu kəndin pasport qeydiyatında olmadığı halda Binə qəsəbəsində yaşayan qohumlarından iki nəfəri 10-12 ildir vəfat ediblər. B.Ağayev də iki şəxsiyyət vəsiqəsi var, bir səxsiyyət vəsiqəsində kəndin qeydiyatındadır, biri də Bakı şəhəri Nərimanov rayon qeydiyyatındadır, əmlak payı barədə saxta dövlət aktı əldə edib, bu aktlarda onlara 4 nəfərə çatası torpaq 0,60-0,70 hektardır.

    İslahat haqqında qanunda göstərilir ki, əmlak payı torpaq son 5 ildə o ərazidə pasport qeydiyyatında olan vətəndaşlara verilir. B.Ağayev və onun qohumları pasport qeydiyyatında olmayb. B.Ağayev 2014 - cü ildə Zərinqala adlanan sahədə bizə və digər vətəndaşlara çatası əmlak payı 7 hektar torpağı dəmir setkaya salaraq zəbt etmisdir. Bizə də bildirdi ki, bu torpaqlar mənim ata - baba torpağımdır, sizi tutduraram. Uzun müddət Lerik polisinə bizdən haqsız şikayətlər etdi, biz də Prezdentə, baş prokurura, Lerik rayon İH-nə ərizə ilə müraciət etdik. Lerik rayon İH-nin başçısı müavinləri dəfələrlə B. Ağayevi icra hakimyyətinə dəvət edib qanunu ona bildirib zəbt etdiyi torpaqlardan çəpərlərin sökülməsini tələb etdilər, amma o buna əməl etmədi.

    2015 - ci ilin noyabr ayında B.Ağayev iddia ərizəsi ilə Lerik məhkəməsinə müraciət edərək bildirmişdir ki, biz onun torpaqlarını zəbt etmişik, buna görə də bizdən təzminat istəmişdir. Biz də qarşılıqlı iddia ərizəsi ilə məkəməyə müraciət etdik, məhkəmə 04.12.2015 ci ildə sənədlərimizi Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasına göndərdi, 2 aydan sonra ekspertizanın nümayəndəsi ilə Lənkəran 10 saylı regional kadastr idarəsinin 2 mütəxəssisi, Lerik rayon İH-nin 2 mütəxəssisi, Ərazi icra nümayəndəsi, Ərazinin Bələdiyyəsi əraziyə gəlib zəbt olunmuş torpaqda kadastr vuraraq bizə aid olan torpaqları ölçüb akt tərtib edib bizə verdilər. Komissiya müəyən etdi ki, B.Ağayevin 2014 - cü ildə tikdiyi ev əmlak payı torpağında tikilib. B.Ağayevi komissiya əraziyə dəvət etdi,amma o gəlmədi.

    30.03.2016 ci il tarixdə B.Ağayev əmlak payı torpağımıza traktor salaraq 0,15 hektar torpağını yararzız hala salıb 2 ci ev tikmək məqsədi ilə. 31.03.2016 - cı il tarixdə mənim əmlak payı torpaqında olan bağban evimi sökmüşdür, bununla əlaqədar Lerik rayon İH-nin mütəxəssisləri və kənd icra nümayəndəsi, kənd bələdiyyəsininin iştirakı ilə akt tərtib edərək Lerik Məhkəməsinə verdik. 20.04.2016 ci il tarixdə məhkəmə olmalı idi, amma B.Ağayev məkəməyə gəmədi deyə məhkəmə olmadı. 03.05.2016 ci il tarixdə məhkəmə oldu Lənkəran 10 saylı regional kadastr idarəsinin mütəxəssisi bildirdi ki, yerə köçürmə kartasına əsasən B. Ağayev vətəndaşlara məxsus olan torpaqları zəbt etmişdir. Lerik məhkəməsi ekspert rəyi almaqdan ötrü sənədləri 09.2016 ci il tarixdə ekspert mərkəzinə göndərib. Xanahmadov Ramizə məxsus olan torpağın ekspert rəyi məhkəməyə gəlib. Rəydə bildirilir ki, B.Ağayev Ramizə məxsus olan 0,86 hektar torpağı zəbt edib, buna görə də 1338 manat ziyan hesablayıb. 08.12.2016 - cı il tarixdən məhkəmə olmalı idi. B.Ağayev məhkəməyə gəlmədiyinə görə məhkəməni 15.12.2016 ci il tarixə saxladılar.

    Nuriyev Eynullaya məxsus olan 1,47 hektar torpağın zəbtinə görə ekspert rəyi 3 aydan artıqdır gözləyirik, indiyə kimi gəlməyib. Ekspertiza haqqında qanunda yazılıb ki, rəy bir ay müddətində verilməlidir. Ədliyyə Nazirliyinə şikayətlərimiz çox olub, amma nəticə yoxdur. Görünür B.Ağayev əvvəlki illərdə əhalidən sovurduğu qandan az da olsa ekspertiza mərkəzinin işçilərinə, eləcə də Lerik məhkəməsinə verib ki, bu işlər gecikir. B.Ağayev iyrənc işlərindən əl cəkmir. 2015-2016 - cı illərdə fəhlə gətirib işlədirdi, onların pullarını vermirdi, fəhlə ondan tələb edəndə 102 - yə zəng vurub onlara böhtanlar deyirdi. Bizdən də polisə dəfələrlə şikayətlər verib bizi susdurmaq istəyib. Yoxlama olub, ittihamları sübut olunmadığına görə polis onu məhkəməyə böhtançı kimi verərək 100 manat cərimə etmişdir. Bu faktlar barədə Lerik Prokurorluğundan, Polisindən öyrənə bilərsiniz.

    Hörmətli redaksiya, çörəyimiz bu torpaqdan çıxır, hökümətdən maaş almırıq, yazdıqlarimıza tam məsuliyyətlə cavabdehik, odur ki, sizdən xahiş edirik yazdıqlarımızı dərc edəsiniz, qoy bütün Azərbaycan bilsin qoyun dərisi geymiş canavar necə olur.

    İmzalar.
    1. Nuriyev Eynulla S.o. Tel. 0517640238

    2. Nuriyev Habil E. O.

    3. Xanahmadov Ramiz.H.o,tel.0505928136

    4. Xanamədov İlkin R.O.

    5. Ağayev Firudin Q.O

    6. Şahiyev Miriş X.o. tel. 0503365558

    Redaksiyadan: Biz şikayət məktubunu olduğu kimi təqdim edirik və qarşı tərəfə və ümumiyyətlə məktubda adıçəkilən qurumlara da cavab haqqı tanıdığımızı bəri başdan bəyan edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR