AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib

  • + A
  • - A
  • 19-03-2021, 14:20


    Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatı
    Dövlət başçısının ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına yönələn ekoloji siyasətinə, ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin yaranmış ənənəyə uyğun olaraq yaşıllıq sahələrinin artırılması, ağac əkininin təşviqi məqsədilə martın 19-da Baş Prokurorluğun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə növbəti ağacəkmə kampaniyası keçirilib.

    Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında 1000-dən artıq həmişəyaşıl ağac tingi əkilib, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

    Əkilən ağacların dibinə münbit torpaq və mineral gübrə verilib.

    Ağacəkmə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR