AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bütün problemləri həll etdiniz ki, uşaqların vaksinasiyasına keçirsiniz? - NƏ BAŞ VERİR?

  • + A
  • - A
  • 10-08-2021, 17:00


    Avqustun 22-də Müllimlərin İşə Qəbulu (MİQ) imtahanında növbəti dəyişiklik oldu. Amma keyfiyyət baxımından dəyişən bir şey olmadı. Belə çıxır ki, təhsil naziri MİQ-i nüfuzdan salmamaq üçün bütün tənqidləri özünə yönəltməyə meyllidir. Çünki cəhd varsa, məniqlə nəticə də olmalıdır.

    Müəllimlərin narazılıqlarının təkrarlanması onu deməyə əsas verir ki, birinci imtahanda şikayət edilən problemlər təkrar yaşanıb. O halda yenidən imtahan keçirilməsinin məqsədi nə idi? Sadəcə görüntü xatirinəmi imtahan yenidən keçirildi?...

    Bəlli olur ki, imtahandakı sualların çözülməsinə ayrılan vaxtın müddəti, eləcə də sualların “tapmacanı andıran” mahiyyəti dəyişdirilmədi. Görünür, Emin Əmrullayevin nazirliyin tərkibindəki kontingentə gücü çatmır, yaxud nazirlikdə baş verənlərə nüfuz edə bilmir. Bu isə onu deməyə əsas verir ki, Təhsil Nazirliyi içəridən yox, kənardan yönləndirilir.

    Ümumiyyətlə, ölkədə çox acınacaqlı bir hal yaşanır. Korrupsiya təhsil sahəsini sarmaşıq kimi elə ağzına alıb ki, 30-40 məmurun mənafeyi 60 000 müəllimin, 1.5 milyon uşağın mənafeyini üstələyir. Dövlət başçısı 1.5 milyon şagird normal məktəbə getsin deyə 4000 məktəb tikdirir, yaxud yarasız məktəblər təmir olunur... Hətta məktəblərdə qızdırılma sistemi müasir standartlara cavab versin deyə məktəbin yerləşdiyi əraziyə 30 min manata qaz xətti çəkilir. Bəs, bu məktəblərdə normal təhsil verilməyəcəksə, vakant yerlər gizlədiləcəksə, rüşvətsiz işə qəbul olunmaq istəyən müəllimlər işə qəbul oluna bilməyəcəksə, 5000 müəllimin bir fənndən eyni anda bərabər fiziki şərtlərdə imtahan edilməsi təşkil oluna bilməyəcəksə, onda dövlət büdcəsindən bu binaların tikintisinə, təmirinə, təmininə niyə külli miqdarda vəsait ayrılır? İmtahanlarda seanslar arasındakı fərqlərdən tutmuş, sualların çətinliyində fərqə, hər fənndən neçə nəfərin ərizə verməsi, neçə nəfərin birinci seansa gəlməsi, neçə nəfərin bu senasa girməsi, sualların çətinlik səviyyəsi və s. daxil olmaqla, ümumi statistika içtimaiyyətə təqdim edilməlidir.

    Digər maraqlı məsələ regionlar arasında sualların çətinliyində fərq olub-olmamasıdır. Yəni bütün respublika eyni anda eyni suallarla imtahan olunub? Əgər regionlar arasında fərq olubsa, ədalət və peşəkarlıq naminə bu imtahanın bütün nəticələri ləğv edilməlidir.

    Başqa bir məsələ isə builki MİQ imtahanının hansı və neçə nömrəli əmr əsasında keçirilməsidir. Adətən Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdən öncə əmr verilir, əmrdə təhlükəsizlik, maliyyə, təşkilati məsələlərin həlli öz əksini tapır. Odur ki, narazılığın səbəblərindən biri belə bir əmrin naməlumluğudur. Əgər hər il əvvəlki müsabiqələr barədə əmr verilməsə, bu o deməkdir ki, həmin halda müsabiqə ondan əvvəlki ilin əmrinə əsasən keçirilir. Və hər il imtahanlara dair yeni əmr yoxdursa, onda müsabiqə kökündən əsassız sayıla bilər.

    Daha bir sual isə hər kəsin balının qarşısında əmsalın olması, amma bu əmsalın hesablanma qaydasına heç bir rəsmi sənəddə rast gəlinməməsidir.

    Ümumiyyətlə, DİM-in hansısa imtahanı digər dövlət qurumları ilə razılaşdırması təcrübəsinə rast gəlmişik. İmtahandan əvvəl onun keçiriləcəyi binaya yanğınsöndürmə avtomibili yaxınlaşırdı. Ölkədə şəxsiyyəti müəyyən edən qurum DİN-dir. Amma imtahan müddətində binların qabağında polis nəfərlərinin yerinə, kmlik yoxlanışını heç bir təcrübəsi olmayan könüllülər aparıb. Maraqlıdır, imtahana gələnlərin qeydiyyatı başqa qurumda varmı? Əgər yoxdursa, kiminsə kimin yerinə imtahana girmə hallarının yaşanıb-yaşanmadığına necə əmin olmaq olar? Əgər MİQ imtahanları belə vacibdirsə, nüəllimlərin gələcəyi bu imtahada həll olunursa, kimlik nəzarətinə belə səhlənkar yanaşmağın səbəbi nədir?

    İllər əvvəl Türkiyədə belə bir hadisə yaşanmışdı. İmtahanların birində ən çətin və vaxt aparan sualların eyni fənndən 1-2-3-4 ardıcıllıqla verildiyi məlum olur və bu abituriyentlərin kütləvi narazılığına səbəb olur. Qardaş ölkədə məlum hadisələrdən sonra məhkəmə həmin imtahanı araşdırır və aydın olur ki, sözügedən sualları bir sektanın nümayəndələri salıb, məqsəd özlərindən olmayanları oyundan kənara atmaqdır. Çünki özlərinə kurslarda birbaşa olmasa da dolayı yoldan cavablar verilmişdi. Hansı ki, bu tipli metodların adı mətbuatda “Mod Medyan” olaraq tanınır. Məsələn, müəllimin 2 avqustda gəldiyi imtahanda 1-5 suallar çətin, qalanları nisbətən asan olur. Eyni müəllim bir kursun imtahanına girir və eyni vəziyyətlə qarşılaşır. Türkiyədə bir kursun sektayla əlaqəsi hamıya məlumdur. İndi bu hadisələrin arasında məntiqi bağlılığın təsadüf olduğuna necə qərar vermək olar?

    Növbəti qəribə hal. Məlum olduğu kimi, imtahanlarda şəxsi heyət məsələsiilə bağlı vəziyyət ürəkaçan deyil. Məsələn, Baləkəndə “imtahanlarla bağlı nazirlikdən kimsə varmı” sualına “yoxdur” cavabı verilir. Bu səbəbdən, prosesə könüllülər cəlb edilir, 19 iş günündəki kampanya təxminən 30 günə yekunlaşır. Sonra proses səhvlərə, 2 gün təkrar imtahana, ardınca apellyasiyaya qədər gedir. Hamının şikayətçi olmasını, hamıya rəsmi cavab verməli olduğunu, “adamınız yoxdursa” işin uzanmasını göz önünə aldıqda bu imtahan prosesi içindən çıxıla bilməyən kor labirintə dönür. DİM bu işləri 2 gündə optik oxuyucu cihazı ilə başa çatdırır. Bu metod indi bəzi kurslarda belə var. Maraqlıdır, niyə kağız daşıyıcıdan israrla imtina olunur?

    Digər bir problem sualların kimlərəsə sızıntısıdır. Əgər əksəriyyətin şikayət etdiyi çətin sualları bəzi azsaylı şəxslərin cavabalandırması halları yaşanırsa, istər-istəməz cavabların sızıntısı ehtimalını diqqətə almalıyıq. Bu, sızıntının müəllifləri kimlər ola bilər? Elə sualları hazırlayanların özləri, təhsil nazirini imtahanlarda uğursuzluq yaşanması fonunda gözdən salanlar. Bu, konstitusion cinayəydir, o qurupların və sualların cavablarını sızdıranların haralara bağlılığını araşdırmaq və qarşısını almaq DTX-nın işidi. Çünki suallar dəstəklənən vəsaitin yazarlarından, müəlliflərindən sızır.

    Məlumatlara görə, 2021-2022-ci il təhsil ixtisaslarının qəbul planı üzrə belə bir statistika var idi. Pedaqoji profilli ali təhsil müəssisələrinə 10000 dən çox tələbə qəbulu nəzərdə tutulur. Bəzi kiçik elmi işçilər, unuversitet məzunları da məktəbə yol tapırlar. Təxminən ildə 11 min nəfər edir. Hamının oxuyacağını düşünsək, ehtimal ki, belə olacaq, çünki TTK da bunu dəstəkləyəcək - 10 ildə sistemə 110 min və daha çox müəllim gələcək. Kolleclərdən də müəllim gəlişi olacaq. Sistemin içində 150000 mövcud müəllimə 20000 əlavə olunacaq. On ildə bu rəqəm nə qədər olacaq, düşünə bilirsinizmi? 270 000 müəllimlə nə edəcəksiniz? Onsuz da sistemdə sıxlıqdır. Sistemdən 10000 adam MİQ imtahanlarına girib, çünki 15-16 saatdan az dərs saatı olan heç kim məmnun deyil. Sistem daxilindəki 150000, xaricində isə 130000 sıxlıq nəyə gətirəcək? Bu, sosial fəlakət deməkdir. Təki unversitet müəllimləri imtiyazlarını itirməsin, pul qazansınlar deyə bu gənclərə boş ümidlər verilir. Əgər başqa sahələrdə bu insanların iş tapma ehtimalı çıxış yolu hesab olunursa, bu yanlışdır. Əvvəllər banklara işə müəllim götürürdülər. Amma artıq 200 balla daxil olan, diplomu bank işçisi olan kadrları işə götürürlər. İqtisad Universiteti əmək bazarının tələblərinə daha çevik reaksiya verib. Ən böyük fəlakət öyrənilmiş çarəsizlikdir. Sistemin xaricindəki 40000 adamın - qadının pərakəndə, plansız, təcrübəsiz hərəkətlənməsi iki güzəştin qoparılması ilə nəticələndi. MİQ ildə bir neçə dəfə keçiriləcək, yaxud imtahan vaxtı uzadılacaq. Bəs gələn sistemə daxil ola bilməyən 50000 adamın iş təminatı necə həll olunacaq? Rəqəmlər arta-arta gedəcək, gələn il 60000, daha aqressiv, daha savadlı, daha hazırlıqlı işçi kütləsini nə etməyi düşünürsünüz? Sizcə, bu insanların bir hissəsini sertifikasiya ilə sistemdən çıxdaş edib, yeniləri onların yerinə yerləşdirəcəksiz? Bu, effektiv həll variantı deyil. Çünki təhsil nazirinin özü də bildirir ki, sistemin içindəkilər daha planlı, mübariz və təcrübəlidirlər. Sistemin içində olub, DQ 15 yığan müəllimlə sistemin çölündə 5 il iş gözləyən, İELTS dərəcəsi olan, imtahandan 55 bal yığan işsiz xarici dil müəlliminin mənafeyini, marağını necə uzlaşdırmaq mümkündür? Şagird sayının azaldığı tendensiyada 3.5 şagirdə 1 müəllimin düşəcəyi sistemdə çözüm yolu nədir?

    Hələ sovet zamanından təhsil sisteminin içində yer almış rus bölməsi də ayrıca bir problemdir. Göstəricilərə əsasən, rus bölməsinin tədris materialı da daha asandır, onlara imtahanlarda da güzəştlər edilir. Müəllimlərin də azlığı nəzərə alınaraq dərs saatları kifayət qədər olur. Sanki qəsdən kimlərsə şagird kontingentinin rus bölmələrə yönəlməsinə çalışır. Onsuz da günü-gündən keyfiyyətsizləşən Azərbaycan dili bölməsinin içindən çıxılması mümkün olmayan daha problematik duruma salınması ilə rus dilli təhsil daha asan, daha caizbədar hala gətirilir. Onsuz da sovet zamanlarında rusdilli təhsil Azərbaycandilli təhsildən daha nüfuzlu duruma gətirilmişdi. Məlumdur, o zaman müstəqil dövlət deyildik. Bəs indi? İndi ki, müstəqilik...

    Əgər bizim kənardan gördüklərimizi təhsilin içində olan və ona birbaşa məsuliyyət daşıyan nazir görmürsə, yaxud görə bilmirsə, tədbir almaq gücündə deyilsə, üzüaşağı gedən təhsilimizin çöküşünün qarşısını almaq iqtidarında deyilsə bunu necə başa düşək? Demək, təhsil ondan daha güclü qüvvələrin təsir dairəsindədir və qəsdən çökdürülür. Dəfələrlə dediyimiz kimi təhsil və uşaq siyasəti dövlətin milli təhlükəsizlik məsələsidir.

    Sonda yekunlaşdırarkən nazir Emin Əmrullayevin üzbəüz təhsilə qayıtmaq üçün şagirdlərin vaksinasiyası şərtini səsləndirməsinə də toxunaq. Cənab nazir, təhsilin min bir cür köklü problemlərini bitirin, sonra vaksinasiyanı dilə gətirin. ABŞ və Avropanın aparıcı tibb mərkəzlərinin təqdim etdiyi məlumatlara görə uşaqların koronavirus daşıyıcısı olmaq ehtimalı demək olar ki, yoxdur. Avropa ölkələrində, ABŞ-da, o cümlədən də qardaş Türkiyədə uşaqların vaksinasiyasına qarşı kampaniya aparılır. Görünür, bundan xəbərsizsiniz. Bütün problemləri həll etdiniz ki, uşaqların vaksinasiyasına keçirsiniz? Nə olduğu tam məlum olmayan, üzərindəki işləmlər tam bitirilməmiş, əslində bir sınaq məhlulu olan preparatın uşaqlara vurulmasına, onların üzərində test edilməsinə nə qədər maraqlısınız... Zəhmət olmasa uşaqların məktəblərdə təlimi, tərbiyəsi, tədrisi, dünyada ən yaxşı praktik təhsil strategiyalarının mənimsənilməsi ilə məşğul olun, bunları həll edin. Öncə ölkə təhsilinin inkişaf etmiş ölkələrlə ayaqlaşacaq vəziyyətə gətirməyə çaılşın, sonra isə kürəsəl mafiya tərəfindən diqtə edilən “uşaqların vaksinasiyasını” dilinizə gətirin...

    Ülviyyə ŞÜKÜROVA

    P.S. Uşaqların vaksinasiya məsələsi saçmalığına qayıdacağıq. Görünür, təhsil camiəmiz dünyada uşaqların vaksinasiyası məsələsi haqda gedən müzakirələrdən xəbərsizdir. //hurriyyet.az//


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR