AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anım Günü ilə əlaqədar Masallıda ehsan süfrəsi açıldı

  • + A
  • - A
  • Bu gün, 17:07

    Anım Günü ilə əlaqədar Masallıda ehsan süfrəsi açıldı

    27sentyabr 2025-ci il tarixdə Ərkivan qəsəbə "Şah Səfi" mərasim evində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım gününə həsr olunmuş ehsan süfrəsi təşkil olunmuşdur.


    Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.


    Ərkivan qəsəbə "Şah Səfi" mərasim evində təşkil olunmuş mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi ehtiramla yad edilmiş və ruhlarına dualar oxunmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR