AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zəfər yolu” layihəsinin təqdimatı olub

  • + A
  • - A
  • 4-11-2021, 15:40

    “Zəfər yolu” layihəsinin təqdimatı olub


    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Zəfər bayramının 1-ci il dönümünə həsr olunmuş “Zəfər yolu” layihəsinin təqdimatı keçirilib.

    Tədbirdə Şəhid və qazi ailələri, Ombudsman Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, millət vəkilləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edib.

    Tədbirdə xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən bəhs edən “Zəfər yolu” filmi də təqdim edilmiş, həmçinin “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsin qalibləri mükafatlandırılıb.

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların ruhunun şad olduğunu bildirmiş, bu mübarizədə hər bir şəhidin öz rolu və haqqı olduğunu qeyd edib.

    “Vətən Müharibəsi Qəhrəmanı” XTQ baş giziri Camal İsmayılovun anası Filarə xanım bütün şəhidlərin qəhrəman olduqlarını bildirmiş, onlarla daima qürur duyduğunu qeyd edib.

    Tədbir Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin çıxışı ilə davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR