AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bloomberg: Baydenin yazıçı ilə söhbətlərinin səs yazıları Obama ilə bağlı tənqidlərini və yaddaşında qısamüddətli boşluqları üzə çıxarıb

  • + A
  • - A
  • Bu gün, 22:53

    Bloomberg: Baydenin yazıçı ilə söhbətlərinin səs yazıları Obama ilə bağlı tənqidlərini və yaddaşında qısamüddətli boşluqları üzə çıxarıb

    Bloomberg: Baydenin yazıçı ilə söhbətlərinin səs yazıları Obama ilə bağlı tənqidlərini və yaddaşında qısamüddətli boşluqları üzə çıxarıb

    Keçmiş ABŞ prezidenti Co Baydenin ədəbi həmmüəllifi Mark Zvoniçerlə apardığı söhbətlərin səs yazıları onun bəzi məqamlarda qısamüddətli yaddaş problemləri yaşadığını, eyni zamanda keçmiş prezident Barak Obamanı açıq şəkildə tənqid etdiyini göstərir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

    Məlumata görə, söhbətlər Baydenin xatirələr kitabı üzərində iş zamanı qeydə alınıb. O, beynəlxalq siyasət və xarici əlaqələr barədə ətraflı danışsa da, bəzi hissələrdə müəyyən hadisələri və detalları xatırlamaqda çətinlik çəkdiyi qeyd olunur.
    2017-ci ilin aprelində qeydə alınan söhbətlərdən birində Bayden Obama administrasiyasının Çinə qarşı sanksiyalar tətbiq etmək istəməməsini tənqid edərək belə deyib:
    "Aramızda qalsın, Obama həmişə düzgün qərara gəlirdi, amma bunu bir gün gec və bir dollar əskik edirdi."

    Bununla yanaşı, Bayden özü prezident olsaydı, həmin qərarları daha cəsarətlə qəbul edib-edə bilməyəcəyinə də əmin olmadığını bildirib.

    "Bəlkə də mən prezident olsaydım, bunu etmək üçün kifayət qədər cəsarətim olmazdı", – deyə o vurğulayıb.
    Bloomberg-in məlumatına əsasən, səs yazıları Baydenin xarici siyasət məsələlərinə geniş bələd olduğunu göstərsə də, bəzi epizodlarda onun yaddaşında qısamüddətli boşluqların müşahidə edildiyi iddia olunur.

    Qeyd edək ki, Co Bayden 2009–2017-ci illərdə Barak Obamanın administrasiyasında ABŞ-ın vitse-prezidenti, 2021-ci ildən isə ölkənin 46-cı prezidenti olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR