AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zəfərdən zəfərə” tədbiri təşkil olunub

  • + A
  • - A
  • 2-04-2021, 18:48


    2 aprel 2021-ci il tarixində Aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunmuş “Zəfərdən zəfərə” tədbiri təşkil olunub.

    Videokonfrans formatında təşkil olunan tədbir “ASAN xidmət”in, Azərbaycan Gənclər Fondunun, “ASAN Könüllüləri” Təşkilatının, “Regional İnkişaf” və ”“Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliklərinin birgə təşəbbüsü ilə reallaşdırılıb.

    Öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxış edib. Ardınca tədbirin rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Şəhid polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyevanın çıxışından sonra Aprel döyüşlərinə həsr olunmuş, həmçinin “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinin 5 illik fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarxlar nümayiş etdirilib.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbir iştirakçılarını Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə münasibəti ilə təbrik edib, eyni zamanda şanlı Aprel döyüşlərindən söz açıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun fəaliyyət istiqamətlərindən, bu günə qədər görülmüş işlərdən də söz açılıb.

    Sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimova, millət vəkili Ceyhun Məmmədov, şəhid gizir Şahin Cavadzadənin anası Radə Cavadzadə, Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi, qazi polkovnik-leytenant Elşən Qarayev, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhid polkovnik-leytenant Elzamin Təhməzovun həyat yoldaşı Günay Təhməzova, I Qarabağ müharibəsinin iştirakçısı, qazi Rey Kərimoğlu çıxış ediblər.

    Tədbir “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupu üzvlərinin vətənpərvərlik ruhunda ifası ilə davam etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR