AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına raket zərbəsinə görə məsuliyyəti üzərinə götürdü

  • + A
  • - A
  • Bu gün, 09:24

    SEPAH ABŞ-ın İordaniyadakı hərbi bazasına raket zərbəsinə görə məsuliyyəti üzərinə götürdü


    İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyada yerləşən hərbi qüvvələrinə qarşı ballistik raketlərlə hücum həyata keçirdiyini bəyan edib.

    İranın dövlət televiziyası IRIB-in yaydığı məlumata görə, SEPAH-ın Hərbi Hava Qüvvələri İordaniyada yerləşən ABŞ hərbi aviabazasını və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komanda mərkəzini bir neçə ballistik raketlə hədəfə alıb.

    SEPAH-ın bəyanatında bildirilir ki, ABŞ tərəfindən İrana qarşı təhdidlər və ölkənin maraqlarına zidd qanunsuz hərəkətlər davam etdiyi müddətdə müqavimət də davam edəcək.

    Bəyanatda həmçinin vurğulanıb ki, ABŞ rəsmilərinin təhdidləri və İranın maraqlarına qarşı qanunsuz müdaxilələr dayandırılmalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR